SON DƏQİQƏ

Prezident bu şəxsləri vəzifədən azad etdi

Tarix:

19-07-2021, 15:32

/ 3 721 dəfə oxundu.
Prezident bu şəxsləri vəzifədən azad etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

 

***

Dövlət başçısının digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

***

Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

***

Dövlət başçısının başqa bir sərəncamı ilə David Niyazi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Hər dörd Sərəncam imzalandığı gündən qüvvəyə minir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ