SON DƏQİQƏ
» » Pakistan Azərbaycan palatasının açılış mərasimi

Pakistan Azərbaycan palatasının açılış mərasimi

Tarix:

7-07-2021, 11:17

/ 3 677 dəfə oxundu.
Pakistan Azərbaycan palatasının açılış mərasimi

Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək üçün hər iki ölkənin rəhbərliyinin vizyonuna uyğun olaraq Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) yaradılıb.

Palata Ədliyyə Nazirliyində qeydiyyatdan keçən, mənfəət götürməyən bir hüquqi şəxsdir. PAKAZCHAM-ın Bakıda daimi nümayəndəliyi, işçiləri və təsisçiləri (bir neçə tanınmış Pakistan iş adamı və peşəkarı, həmçinin bir neçə Azərbaycan vətəndaşı) olacaq.

Məlumata görə, üzvlük tezliklə hər iki ölkənin hüquqi və ticarət strukturları üçün açıq olacaq.

Palatanın açılış mərasimi hazırda "Hilton Baku” otelində keçirilir. Açılış mərasimində Azərbaycan iqtisadiyyat nazirinin müavini, xarici işlər nazirinin müavini, Kiçik və Orta Sahibkarlıq Agentliyinin rəhbəri və AZPROMO-nun prezidenti, Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə birlikdə iştirak edir.

Tədbir Pakistandakı izləyicilər üçün canlı yayımlanmaqdadır.

Açılış mərasimində çıxış edən Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) idarə heyətinin sədri Azər Əkbərov deyib deyib ki, Azərbaycanla Pakistan arasında yaradılan bu əməkdaşlıq iki ölkə arasında mövcud olan unikal münasibətlərdən xəbər verir.

Onun sözlərinə, Azərbaycan-Pakistan münasibətləri beynəlxalq arenada bütün dövlətlərə əməkdaşlıq və müttəfiqlik nümunəsidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ