SON DƏQİQƏ
» » Dövlət başçımızın müdrikliyi Azərbaycanı düşmən qüvvələrin qəsdlərindən qorudu.

Dövlət başçımızın müdrikliyi Azərbaycanı düşmən qüvvələrin qəsdlərindən qorudu.

Tarix:

1-07-2021, 08:50

/ 1 379 dəfə oxundu.
Dövlət başçımızın müdrikliyi   Azərbaycanı  düşmən qüvvələrin qəsdlərindən qorudu.

Silahlı qüvvələr günü hərbçilər qarşısında çıxış edən prezident İlham Əliyev həm ölkə daxilində, həm də daha çox xaricdə böyük maraq doğuran bir məsələyə bir daha aydınlıq gətirdi. Necə oldu ki, Azərbaycan 44 günlük müharibədə bütün maneələri uğurla dəf etdi və zəruri beynəlxalq ictimai dəstəyi təmin edib belə möhtəşəm qələbə qazana bildi? Müzəffər Ali Baş komandan izah etdi ki, hələ hərbi əməliyyatların başlanmasına qədər "qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görülmüşdü. Ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdı”. İlk növbədə, beynəlxalq müstəvidə qazanılan uğurlara diqqət çəkən dövlət başçımız qeyd etdi ki, aparılan işlər sayəsində "son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.

Ermənistanın, onun xaricdəki havadarlarının, erməni lobbisinin beynəlxalq ictimai rəyi çaşdırmağa, Qarabağ həqiqətlərini tam təhrif edilmiş şəkildə dünya birliyinə təqdim etməyə yönəlmiş cəhdlərinin üzərində dayanan İlham Əliyev bildirdi ki, bu səbəbdən "beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etdilər.

Vətən müharibəsində qazanılan qələbədə dünya dövlətləri ilə yaradılan ikitərəfli dostluq münasibətlərinin mühüm əhəmiyyətinə diqqət çəkən Azərbaycan prezidenti bəyan etdi ki,”bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətdə idi. Yorulmaz fəaliyyətin nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən, ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi». Dövlət başçımızın uzaqgörənliklə qurduğu ikitətəfli və çoxtərəfli əlaqələr nəticəsində BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qəbuluna cəhd edilən sənədlərin qarşısı alındı, Ermənistanın KTMT-yə çoxsaylı müraciətləri nəticəsiz qaldı, qonşu ölkələr öz ərazilərindən ermənilərə silah-sursat daçımağa imkan vermədilər,açıq ermənipərəst mövqe tutan ölkələr istədikləri addımları ata bilmədilər. Prezident İlham Əliyevin müharibədən əvvəl və hərbi əməliyyatlarımın gedişində atdığı müdrik addımlar sayəsində Azərbaycanı çox böyük problemlərdən qorumaq, dövlətimizə qarşı yönəlmiş qəsdlərin qarşısını almaq mümkün oldu.

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ