SON DƏQİQƏ

Bu hərbi qulluqçular təltif edildi

Tarix:

26-06-2021, 20:21

/ 4 170 dəfə oxundu.
Bu hərbi qulluqçular təltif edildi

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib, hərbi qulluqçular təltif edilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təbrikləri şəxsi heyətə çatdırılıb.

Çıxışlar zamanı Azərbaycan Ordusunun qüdrətindən və Vətən müharibəsində qazanılan parlaq qələbədən danışılıb.

Təbriklər oxunduqdan sonra hərbi qulluqçulara müxtəlif adda medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirlərin sonunda hərbi qulluqçular üçün bayram süfrələri təşkil olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ