SON DƏQİQƏ
» » Bu generallar "Kəlbəcərin azad olunması ilə bağlı" təltif olundu

Bu generallar "Kəlbəcərin azad olunması ilə bağlı" təltif olundu

Tarix:

24-06-2021, 15:47

/ 4 247 dəfə oxundu.
Bu generallar "Kəlbəcərin azad olunması ilə bağlı" təltif olundu

İyunun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 4225 hərbi qulluqçu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Təltif edilənlərin 1-i general-leytenant, 3-ü general-mayor, 4-ü polkovnikdir.

"Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilən generallar:

Osmanov Nizam Ramazan oğlu – general-leytenant
Cavanşir Zaur Sabir oğlu – general-mayor
Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – general-mayor
Əliyev Azər Əli oğlu – general-mayor

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ