SON DƏQİQƏ
» » Azərbaycan Avropa bazarında yerini alıb - Ərdoğan

Azərbaycan Avropa bazarında yerini alıb - Ərdoğan

Tarix:

15-06-2021, 23:49

/ 1 408 dəfə oxundu.
Azərbaycan Avropa bazarında yerini alıb - Ərdoğan

Qarşıdakı dövrdə ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik. Azərbaycan ilə Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars və TANAP kimi nəhəng layihələri birlikdə tamamladıq. Bu layihələr ölkələrimizlə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verir. Trans-Adriatik boru kəməri layihəsi – TAP-ın tamamlanması ilə ölkəmiz ərazisindən keçən Azərbaycan təbii qazı Avropa bazarındakı yerini almışdır.

GunAz.az xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

"Bu gün, əziz qardaşımın da dediyi kimi, xüsusilə "bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq. Bu addım çox önəmlidir. Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza da davam edəcəyik.

Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir", - Ərdoğan qeyd edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ