SON DƏQİQƏ
» » Ermənilər hələ də Qarabağa hansısa statusun veriləcəyinə ümid edir

Ermənilər hələ də Qarabağa hansısa statusun veriləcəyinə ümid edir

Tarix:

25-05-2021, 14:03

/ 2 765 dəfə oxundu.
Ermənilər hələ də Qarabağa hansısa statusun veriləcəyinə ümid edir

Partiya sədri: «Ermənilər Azərbaycanın onlara bağışladığı ərazilərdə dinc yanaşı yaşamaq istəyirsə ağıllarını başlarına yığmalıdır»

 

«44 günlük müharibədə darmadağın edilən ermənilər layiqli cavablarını alsalar da, hələ də lazımi nəticə çıxarmayıblar, revanş hissi ilə alışıb-yanırlar. Suda boğulan saman çöpündən yapışdığı kimi, ermənilər də sərhəd məsələsini bəhanə edərək "cuşa gəliblər”. Mövcud olduqları bütün zamanlarda bu miskin toplum öz məkirli məqsədlərinə nail olmaq üçün həmişə olduğu kimi, Qaragöl ətrafında baş verən hadisələri əsas gətirərək, yenə də türk düşmənlərinin əli ilə nəyəsə nail olacaqlarına ümid edirlər». Bunu «Azad Azərbaycan» qəzetinə Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil edilən müzakirələrdə çıxış edən Prezident İlham Əliyev ermənilərin əsassız iddialarına çavab verərək bildirdi ki: "Ermənistanın baş naziri Rusiya və Fransa prezidentlərinə, digər dövlət başçılarına zəng vurur. Ermənistan sərhəddəki bu kiçik epizodu beynəlmiləlləşdirməyə çalışaraq rəsmi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə cəlb olunması üçün məktub göndərir. Eyni zamanda, onlar NATO-ya məktub göndərir və o məktub dərc olunmuşdu. Bu, tamamilə əks-təsir yaradır (!) və onların hər kəsə iddialarının olduğunu göstərir. Onlar hesab edirlər ki, bütün dünya onlara necə kömək etmək barədə düşünməlidir. Lakin əgər onlar özlərini müstəqil dövlət hesab edirlərsə, öz qayğılarına özləri qalmalıdır”. Başqa sözlə, "dəyirman öz işini görür, çax-çax isə baş ağrıdır!”

Partiya sədri qeyd edib ki, özlərini dünyada hegemon, söz sahibi hesab edən bəzi dövlətlərin Cənubi Qafqaz regionunda müəyyən maraqları olduğu, bu maraqlarının təmin edilməsi üçün həmişə ermənilərdən bir vasitə kimi istifadə etdikləri heç kim üçün sirr deyil: «Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbədən sonra regionumuzda yaranan

obyektiv şəraiti diqqətə çatdıran İlham Əliyev regionumuzda hansısa maraqlarını təmin etməyə çalışanların nəzərinə çatdırdı ki, "Biz tam anladıq ki, maraqlar ola bilər və onlar bir-biri ilə toqquşa bilər. Lakin bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır. Bu, əslində, belə də baş verir”.

Erməni KİV-də gedən informasiyaların təhlili göstərir ki, mənfur qonşularımızı (belə görünür ki, onlarda daha çox İranı) ən çox əndişələndirən Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadır. Onlar hər vəchlə bu razılaşmanı pozmağa çalışırlar. Bu məsələyə toxunan Azərbaycan Prezidenti qeyd etdi ki, "Biz nəqliyyat məsələlərində, xüsusilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələləri ilə bağlı əməkdaşlıq təklif etmişik... Proses başlayıb, bu, asan deyil, lakin başlayıb”. Beləliklə, Prezident bir daha Zəngəzur dəhlizi məsələsində birmənalı mövqeyini nümayiş etdirdi. Yəqin ki, Prezidentin bu ismarıcını "maraqlı tərəflər” nəzərə alacaq və öz məkirli niyyətlərindən vaz keçəcəklər».

T.Qənioğlu bildirib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq xülyalarından heç cür əl çəkmək istəməyən ermənilər yenə də havadarlarına, xüsusilə də, Fransanın, Rusiyanın, İranın baş tutması mümkün olmayan xam vədlərinə arxalanaraq, Dağlıq Qarabağa hansısa statusun veriləcəyinə ümid edirlər. Bu məsələyə münasibət bildirən Prezident İlham Əliyev qəti şəkildə vurğuladı ki, "Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər. Bu, müzakirə predmeti olan məsələ deyil”. Ermənistanı "sevənlərə”, ermənilərlə eyni mövqedə olanlara, xüsusən də ermənilərin özlərinə Prezidentin bu ismarıcından nəticə çıxarmağı tövsiyə edirik. Əks təqdirdə erməniləri daha acınacaqlı perspektivlər gözləyir. Əgər Azərbaycanın lütf edərək onlara bağışladığı ərazilərdə bundan sonra dinc yanaşı yaşamaq istəyirlərsə ağıllarını başlarına yığsınlar».

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər