SON DƏQİQƏ

Qızğın başlara soyuq su səpiləcək

Tarix:

29-04-2021, 08:14

/ 4 410 dəfə oxundu.
Qızğın başlara soyuq su səpiləcək

Partiya sədri: «Bayden şəxsi maraqlarını ABŞ-ın dövlət maraqlarından üstün tutur»

 

«Güclü erməni diasporunun fitvasına gedən, öz şəxsi maraqlarını rəhbərlik etdiyi dövlətin maraqlarından üstün tutan ABŞ prezidenti Co Bayden 24 apreldə, tarixdə heç vaxt baş verməyən qondarma "erməni soyqrımı”nı tanıdığını bəyan etməklə beynəlxalq aləmdə ölkəsinin imicinə ciddi xələl gətirməklə yanaşı bir daha ənənəvi türk dümənçiliyini nümayiş etdirmiş oldu. Amma Türkiyə və Azərbaycan Prezidentlərinin Co Baydenin bu üzdəniraq bəyanatına sərt reyaksiya verməsi deyəsən "qızğın başlara soyuq su səpiləcəyini” çox gözlətmədi». Bunu «Azad Azərbaycan» qəzetinə Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, Bayden administrasiyası iki ölkə arasındakı fikir ayrılıqlarının effektiv şəkildə həll edilməli olduğunu çox açıq şəkildə bildirir: «ABŞ-ın Ermənistandakı səfiri Linn Tresysin erməniləri məyus edərək dedi ki, "ABŞ prezidenti Co Baydenin tərəfindən ”erməni soyqırımı"nın tanınmasının heç bir hüquqi nəticəsi olmayacaq. "Erməni soyqırımı” 1915-ci ildə baş verdiyi, "Soyqırımı Konvensiyası” isə 1951-ci ildə qəbul edildiyi üçün qanuni baxımdan konvensiyanın geriyə qüvvəsi ola bilməz. ABŞ-la Türkiyə arasındakı münasibətlərə gəlincə, bu ölkə NATO içərisində bizim önəmli müttəfiqimizdir. Ancaq Bayden administrasiyası iki ölkə arasındakı fikir ayrılıqlarının effektiv şəkildə həll edilməli olduğunu çox açıq şəkildə bildirib". ABŞ rəsmisinin bu açıqlaması daldan atılan daşa, "uşaq başı aldatmağa” bənzəyir».

T.Qənioğlu qeyd edib ki, Baydenin bu açıqlamasından məmnun olan ermənilər hələ də anlamırlar ki, bu onların xeyrinə yox, daha çox ziyanlarına işləyən bədnam hadisədir: «Hər şeydən göründüyü kimi, ermənilər hələ də, 44 günlik acı məğlubiyyətdən nəticə çıxarmayıblar. Onlar regionda yaranan yeni reallıqları dərk etmirlər, öz toplumunun (onları xalq adlandırmaq böyük yanlışlıq olardı), ölkələrinin gələcək inkişafı barədə deyil, uydurduqları və yalnız özlərinin inandıqları keçmişləri ilə yaşayırlar. Bu bədbəxt toplum hələ də başa düşmür ki, türk düşmənlərinin regionda siyasi maraqlarının təmin edilməsi üçün onların əlində alət olaraq qalmaqdadırlar. Ermənilər dərk etmirlər ki, Co Baydenin bu uzdəniraq bəyanatı regionda gərginliyin davam etməsinə hesablanıb və belə olacağı təqdirdə onları tam iflas gözləyir».

Partiya sədri qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan təmamilə fərqli, gələcəyə, inkişafa istiqamətlənmiş yol tutub: «Azərbaycan Prezidenti İlham Əliyev 26 aprel 2021-ci ildə BMT-nın Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sesiyasında etdiyi çıxışında bildirdi ki, "Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır... Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanıqlı inkişfını təmin edəcəkdir”. Ermənilərdən fərqli olaraq Azərbaycanın keçmişə deyil, gələcəyə baxdığını açıq şəkildə bəyan edən Prezident İlham Əliyev çıxışına davam edərək qeyd etdi ki, «Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və "yaşıl artım” da daxildir»

T.Qənioğlu bir məqama da diqqət yetirməyi məqsədəuyğun hesab edir: «Bəziləri, xüsusilə də ermənilər və onların havadarları hesab edirlər ki, Co Baydenin "soyqrım” bəyanatı Türkiyənin əleyhinə, ermənilərin və regionda siyasi maraqları olan türk düşmənlərinin lehinə işləyəcək. Ancaq yanılırlar! Əksinə, bu "bəyanat” Türkiyənin beynəlxalq nüfuzunun artmasına, onun daha ciddi müstəqil siyasət yürütməsinə, Türkiyə-Azərbaycan qardaşlığının, Türkiyənin Cənubi Qafqazda rolunun daha da möhkəmlənməsinə, ermənilərin isə daha çox təcrid vəziyyətinə düşməsinə təkan verəcəkdir».

 

Bilman İSAQ

 

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ