SON DƏQİQƏ
» » "Reyqan da belə bir ifadə işlədib, amma..." - AÇIQLAMA

"Reyqan da belə bir ifadə işlədib, amma..." - AÇIQLAMA

Tarix:

24-04-2021, 22:50

/ 1 394 dəfə oxundu.
"Reyqan da belə bir ifadə işlədib, amma..." - AÇIQLAMA

"ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı” ifadəsini işlətməsi, Vaşinqtonun rəsmən tanıması demək deyil”.

Bu fikirləri GunAz.az- a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, 1982-ci ildə ABŞ prezidenti Reyqan da belə bir ifadə işlədib, amma bunun Ankara üçün hər hansı bir hüquqi çəkisi olmayıb: "Bundan sonrada olmayacaq. Co Bayden adminstrasiyası Türkiyəni regionda yeni tərəfdaş kimi görmür, xüsusilə Ərdoğan hakimiyyətinin müstəqil siyasəti belə bir ifadə işlətməsinə gətirib çıxardı. Bu, təkcə Baydenin ermeni lobbisinin təsiri ilə deyil, son aylarda Aralıq dənizində Yunanıstan-Türkiyə arasında davam edən siyasi-hərbi böhran fonunda Vaşinqtonun Afinanı dəstəkləmindən irəli gəlir. Co Bayden seçki marafonunda Ərdoğanı hərbi çevrilişlə devirməyin mümkünlüyunü qeyd etmişdi. ABŞ son illərdə PKK terror təşkilatınin Suriya qolu YPG-ni silahlandırır, Ankaraya sanksiyalar tətbiq edir, F-35 proqramından çıxardır. Bütün problemler Vaşinqtimdan qaynaqlanır. Regionda Türkiyəni əvəz edəcək Yunanıstana stavka edəcəklər”.

 

Politoloqun sözlərinə görə, ABŞ və Türkiyə arasında ciddi problemler var: "Bu problemlər iki müttəfiq arasında siyasi əməkdaşlığın qırılma nöqtəsinə gəlib çıxıb.

Bundan sonra da Bayden administrasiyasından Türkiyəyə qarşı yalnız təzyiq siyasəti həyata keçiriləcək. Paralel olaraq Ağ Evin Azərbaycana siyasətində də dəyişiklik olacaq. Bayden adminstrasiyası Yaxın Şərqdə Türkiyə və Cənubi Qafqazda Azərbaycan kimi aparıcı iki ölkə ilə münasibətlərə zərbə vurdu. Bir neçə gündən sonra Pentaqondan heyət Ankaraya səfər edib, iki ölkə arasında mövcud problemleri yoluna qoymağa çalışacaq.

Qeyd edim ki, bundan sonra Türkiyə Rusiya yaxınlaşması da olmayacaq. Onsuzda Ankara və Moskva əməkdaşlığın mümkün olanını edib. Hər iki tərəfin toqquşduğu maraqlar var. Vaşinqtonun Ankaraya qarşı bu siyasəti Türkiyəni daha da gücləndirəcək”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ