SON DƏQİQƏ

Paşinyan niyə həsrətlə Baydeni gözləyir?

Tarix:

12-11-2020, 14:00

/ 3 656 dəfə oxundu.
Paşinyan niyə həsrətlə Baydeni gözləyir?

Paşinyanı Co Bayden belə xilas edə bilməyəcək. Realist yanaşsaq, Baydenin başı həm prezident seçkilərinin nəticələrinə, həm də Trampın etirazlarına qarışıb.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Co Baydenin prezidentliyi rəsmən elan edildikdən sonra Ermənistan Baş naziri Nikol Paşinyana və Ermənistana kömək edəcəyi haqda səslənən iddiaları şərh edərkən deyib.

Politoloq xatırladıb ki, Paşinyan faktiki olaraq sülh bəyanatına imza atıb:

"Baxın, bu, sadə bir insanın imzası deyil. Erməni xalqının inqilabla hakimiyyətə gətirdiyi, iradəsini təmsil etmək hüququ verdiyi dövlətin ən başındakı şəxsdir. Müharibə oldu, bitdi. Müharibənin məğlub və qalibi bəllidir. Ermənistan bundan sonra sadəcə, regionda sülhün qorunması və reallıqlarla barışmalıdır.

Paşinyanın Baydenin prezidentlik səlahiyyətinə başlayana qədər istefa verməyəcəyi ilə bağlı iddialar səslənir. Lakin mən bunun nə qədər doğru olduğunu deyə bilmərəm. Məncə, Bayden prezident olsa belə, Paşinyanın taleyi indikindən fərqli olmayacaq”.

скачать dle 12.1

Şərhlər