SON DƏQİQƏ
» » Araiki “hürdürən” onun arxasında duran köpəklərdir

Araiki “hürdürən” onun arxasında duran köpəklərdir

Tarix:

20-05-2021, 09:46

/ 3 628 dəfə oxundu.
Araiki “hürdürən” onun arxasında duran köpəklərdir

Partiya sədri: «Təkcə separatçı rejimin cinayətkar rəhbəri Araik yox, ermənilərin hamısı xəstədir, real düşünmək qabiliyyətlərini itiriblər»

 

«10 noyabr üçtərəfli sazişinə uyğun olaraq Azərbaycan ərzisinə soxulmuş Rusiya "sülhməramlılarının” himayəsi altında hələ də Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və s. faktiki fəaliyyət göstərən qondarma, separatçı rejim, eləcə də, bu ərazilərdə sülənən ermənilər, 44 günlük acı məğlubiyyətdən hələ də nəticə çıxarmaq istəmirlər. Qondarma rejimin ruslara (eləcə də Makron başda olmaqla bəzi Qərb dairələrinə) arxalanan cinayətkar "rəhbəri” Araik Arutyunyan o qədər həddini aşıb ki, arxayınçılıqla (?) rejimin qondarma "özünümüdafiə ordusu”nun komandanlığını mayın 18-də toplayaraq müşvirə keçirib, 44 günlük savaşda "vətənin müdafiəsi”ndə (?) fəal iştiraklarına görə onlara təşəkkür edib. O bildirib ki, tezliklə əsəsən müqaviləli hərbçilərdən ibarət "peşəkar ordu yaradılacaq”, 2023-cü ilədək (?) işləyən və pensiyaya çıxmış zabitlərin mənzil problemi həll ediləcəkdir». Bunu «Azad Azərbaycan» qəzetinə Təkamül Partiyasının sədri Teyyub Qənioğlu açıqlayıb.

Onun sözlərinə görə, qondarma rejimin nəinki, "peşəkar ordu yaratmaq”, heç bu ərazilərdə sülənən ermənilərin gündəlik elementar tələbatını ödəmək iqtidarında olmadığı, Rusiyadan göndərilən "hümanitar yardımdan” asılı olduğu hamıdan çox elə cinayətkar Araikə məlumdur: «Bunu çox gözəl anlayan bu cinayətkar belə davranışla bir daha nümayiş etdirir ki, onu "hürdürən” arxasında duran köpəklərdir. Bu insanlıqdan uzaq olan cinayətkar hələ də anlamır ki, hələlik (!) ermənilərin arxasında duran köpəkləri nə o, nə bütövlükdə ermənilər, nə də qondarma rejimin taleyi maraqlandırmır. Bu cinayətkar toplum onların əlində öz məkirli məqsədlərinə çatmaq üçün barmağa taxılan kukladır! Belə görünür ki, təkcə Araik, yox, ermənilərin hamısı xəstədir, real düşünmək qabiliyyətlərini itiriblər, dəli kimi davranırlar! Belə olmasaydı Xocavənd rayonunun hələ də Rusiya "sülhməramlılarının” dəstəyi ilə separatçı, qondarma rejiminin nəzarətində qalan Qırmızı Bazar qəsəbəsindəki ermənilər Azərbaycan maşın karvanının qarşısını kəsməyə cəsarət etməzdilər. Onlar deməzdilər ki, «Nəyə görə biz Kəlbəcərdən keçib Ermənistana gedə bilmirik, ancaq azərbaycanlılar Qırmızı Bazardan keçib Şuşaya gedirlər». Bu bədbəxtlər hələ də qəbul etmək istəmirlər ki, əzəli və əbədi Azərbaycan torpaqlarında sülənirlər. 44 günlük müharibə göstərdi ki, onlar heç kimin vecinə deyil və nə qədər buralardan tez rədd olub getsələr onların özləri üçün daha yaxşıdır».

Partiya sədri qeyd edib ki, qondarma rejimin rəhbərlərini, eləcə də, bu ərazilərdə sülənən erməniləri "ruhlandıran” xüsusi dairələr mövcuddur: «Aydındır ki, qondarma rejimin rəhbərlərini, eləcə də, bu ərazilərdə sülənən erməniləri "ruhlandıran” 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin 4-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə Rusiyanın mane olması, sabotaj etməsidir. Rusiya gözəl anlayr ki, qeyd edilən 4-cü bənddə nəzərdə tutulan tədbirlərin həyata keçiriləcəyi təqdirdə onun Azərbaycan torpaqlarının işğalını davam etdirməsi mümkün olmayacaq. Ona gərə də, bütün imkanları ilə separatçı rejimin "ayaqda durmasına”, beləlikə də, uzun müddət Azərbaycan ərazisini işğal altında saxlamağa cəhd göstərir. Ancaq unudur ki, Azərbaycan XX əsrin sonlarındakı Azərbaycan deyil. Həzrət Əli (ə) demişkən: «Sərçə balası deyil ki, tüklənməmiş qanad açmaya cəhd etsin. Fəqət dəvə balasıdır ki, güc toplamamış səsini çıxarmaz!” Həm Rusiyanı, həm də ona arxalanan separatçıları bu reallığı anlamağa və nəticə çıxarmağa dəvət edirəm...»

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ