SON DƏQİQƏ
» » Liderlik savaşı: Qarabağ klanı onu vahid namizəd seçir

Liderlik savaşı: Qarabağ klanı onu vahid namizəd seçir

Tarix:

20-08-2019, 12:25

/ 1 832 dəfə oxundu.
Liderlik savaşı: Qarabağ klanı onu vahid namizəd seçir

Qondarma Qarabağ rejiminin lideri vəzifəsi uğrunda mübarizə daha da gərginləşir.

GunAz.az xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib. Məlumata görə, qondarma rejimin xarici işlər naziri Masis Mailyan 2020-ci ildəki “prezident seçkisi”ndə iştirak edəcəyini açıqladıqdan sonra Qarabağ klanının indiyə qədər əsas namizədi olacağı təxmin edilən Vitali Balasanyanın mövqeləri zəifləməyə başlayıb.

Qəzet qeyd edib ki, Mailyanın namizədliyini irəli sürməsi fikri reallaşacağı halda onu qondarma rejimin indiki rəhbəri Bako Saakyan, eləcə də hakimiyyətyönlü Demokratik Partiya və Daşnaksütyun da dəstəkləyəcək.

Qeyd edək ki, Balasanyan qondarma rejimin Təhlükəsizlik Şurasının keçmiş rəhbəridir. O, indiyə qədər hazırkı Ermənistan hakimiyyətiylə ən sərt qarşıdurma yaşamış şəxs sayılır. Erməni mətbuatı Balasanyanın məhz bu qarşıdurmaya görə, Paşinyanın istəyi əsasında istefaya göndərildiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ