SON DƏQİQƏ
» » Xankəndində qalmaqal: Balasanyan Saakyanı devirmək istəyir

Xankəndində qalmaqal: Balasanyan Saakyanı devirmək istəyir

Tarix:

5-03-2019, 17:57

/ 10 369 dəfə oxundu.
Xankəndində qalmaqal: Balasanyan Saakyanı devirmək istəyir

Artıq bir neçə gündür ki, qondarma "dqr”da hakimiyyətdaxili savaşlar başlayıb .
 
GunAz.az xəbər verir ki, Bako Saakyanın əleyinə imza toplamağa başlayan qondarma rejimin təhlükəsizlik şurasının baş katibi, general  Vitali Balasanyan  hakimiyyəti ələ keçirtmək istəyir.
 
Erməni mətbuatının iddiasına görə general Balasanyan  qondarma rejimin prezidenti olmaq üçün ətrafına keçmiş hərbçiləri toplamağa başlayıb. Qarabağ klanına qarşı mübarizə yolu seçən Balasanyanın ətrafında daha çox İravan erməniləri çoxluq təşkil edir. Erməni mətbuatı iddia edir ki, Nikol Paşinyana gizli yaxınlığı ilə seçilən Balasanyan Qarabağı Paşinyan nəzarətindən çıxarmaq istəyən Qarabağ klanına qarşı zərbə vura bilər.  
 
Artıq Saakyanın komandası Balasanyana qarşı hücuma keçib. Dünən gecə Xankəndində 4 hərbçi həbs edilib. Həbsin təfərrüatları barədə açıqlama verilməyib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ