SON DƏQİQƏ
» » SON DƏQİQƏ: Sülhməramlıların başçısı Rüstəm Muradov dəyişdirilir – Görün onu kim əvəz edəcək

SON DƏQİQƏ: Sülhməramlıların başçısı Rüstəm Muradov dəyişdirilir – Görün onu kim əvəz edəcək

Tarix:

13-05-2021, 11:31

/ 3 725 dəfə oxundu.
SON DƏQİQƏ: Sülhməramlıların başçısı Rüstəm Muradov dəyişdirilir – Görün onu kim əvəz edəcək

Qarabağdakı sülhməramlı kontingentin komandiri dəyişdiriləcək.

GünAz.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə "Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb.

 

Nəşr qeyd edir ki, Muradovun yerinə Cənubi Hərbi Dairə komandirinin müavini general-leytenant Aleksey Avdeev təyin ediləcək. Onun cümə axşamı Xankəndinə gələcəyi və burada təhvil-təslim işlərini aparacağı qeyd olunur.

Qəzet iddia edir ki, Muradovun əvəzlənməsi üçün Ermənistan rəhbərliyi əlindən gələn hər şeyi etməyə çalışıb. Buna səbəb isə onun Aprel ayında Bakıdan Ermənistana boş qayıdan təyyarə ilə bağlı açıqlamasında "Ermənistan rəhbərliyi öz xalqını aldadır” ifadəsini işlətməsi olub.

Müşviq Tofiqoğlu

KONKRET.az

скачать dle 12.1

Şərhlər