SON DƏQİQƏ
» » Azərbaycanda “xilaskar XII Qızıl Ordu”nu gözləyənlər var

Azərbaycanda “xilaskar XII Qızıl Ordu”nu gözləyənlər var

Tarix:

20-04-2021, 10:06

/ 3 490 dəfə oxundu.
Azərbaycanda “xilaskar XII Qızıl Ordu”nu gözləyənlər var

Partiya sədri: "5-ci kolon”un neytrallaşdırılması üçün Türkiyənin FETO əməliyyatındakı təcrübədən istifadə edilməlidir

 

«Özünün təcavüzkar siyasəti müqabilində beynəlxalq aləmdən güclü əks tədbirlər görməyən Rusiya, beynəlxalq hüquq normalarının əksinə olaraq Ukraynaya, eləcə də "sülhməramlı” adı altında Azərbaycana qarşı misli görünməmiş demarşını davam etdirməkdədir».

Bunu «Azad Azərbaycan»a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, hələ 7 il bundan əvvəl Putinin Avroasiya layihəsinin təşəbbüskarlarından və ilhamvericilərindən biri olan, Rusiya Dövlət Dumasının yanında ekspert şurasının üzvü Aleksandr Dudin dövlətlərarası münasibətlərdə yolverilməz hesab edilə biləcək sensasion bəyanatla çıxış etdi. O, Krım hadisələrində Azərbaycanın tutduğu mövqeyə görə hədələr yağdıraraq demişdi ki, "Azərbaycan Saakaşvili və Kiyev xuntası kimi hərəkət edib, Rusiyanın əleyhinə çıxıb və biz bunun nə ilə nəticələndiyini görmüşük… Azərbaycan gözlənilmədən bizi satıb və bu bizim tərəfimizdən qiymətləndirilib… Biz susacağıqmı? Əlbətdə yox. Onlar özlərini məhv etmək yolu ilə gedirlər… Azərbaycanda talış, ləzgi və digər amillər var və Azərbaycan onların ciddiliyini təsəvvürünə gətirmir”.

Partiya sədri qeyd edib ki, Moskvada müstəqil siyasət yürüdən Azərbaycanı cəzalandırmaq planı cızan, onu reallaşdırmaq üçün fürsət gözləyən quzğunlar var ki, onlar hələ də öz planlarını həyata keçirmək üçün fürsət gözləyirlər: «Onlar ölkəmizdə etnik zəmində qarşıdurmalar yaratmaq istəyindən əl çəkmək istəmirlər. Bu quzğunlar "digər amillər də var” deyəndə, yəqin Azərbaycanda mövcud olan və son zamanlar fəallaşan "beşinci kolonu” nəzərdə tuturlar. Təəssüf ki, ölkəmizdə "xilaskar XII Qızıl Ordunu” gözləyənlər hələ də var. Azərbaycanda rusiyapərəst siyasi qüvvələrin mövcudluğunu, SSRİ-nin saxlanmasına, müstəqillyimizin əleyhinə səs verənlərin, 20 yanvarda Sovet ordusunu ölkəmizə dəvət edənlərin hələ də həyatda olduğunu unutmaq olmaz! "Sülhməramlı” adı altında Azərbaycan ərazisinə soxulub torpaqlarımızın bir hissəsini işğal edən, Azərbaycanın suveren hüquqlarını köbud surətdə pozaraq və orada faktiki olaraq özünü bu torpaqların sahibi kimi aparan Rusiya, Dudinin 7 il bundan əvvəl açıq şəkildə dediyi kimi "susmur". Onlar Azərbaycanı cəzalandırmaq üçün "sülhməramlı" adı altinda erməni kartından gen-bol istifadə edirlər».

T.Qənioğlu əlavə edib ki, Ermənistanın, o cümlədən Paşinyanın bütün istəklərini gözündə qoymaq üçün Rusiyanın "sülhməramalı” adı altında Azərbaycanın suveren hüquqlarının pozulmasına son qoyması, üçtərəfli sazişin müddəalarına əməl etməsi qəti şəkildə tələb edilməlidir: «Bununla yanaşı, Rusiyanın məqsədlərinin ölkəmizdə reallaşmasına çalışan "5-ci kolon”un neytrallaşması istiqamətində ciddi tədbirlər görülməli, onlar layiqli cəzalarını almalıdırlar. Bunun reallaşdırılması üçün Türkiyənin FETO əməliyyatında həyata keçirdiyi təcrübədən istifadə edilməlidir. Azərbaycanımızın dövlət mənafeyi bunu qəti şəkildə tələb edir».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər