SON DƏQİQƏ

Dalaşmaqdan əvvəl danışmaq lazımdır

Tarix:

13-04-2021, 08:00

/ 3 504 dəfə oxundu.
Dalaşmaqdan əvvəl danışmaq lazımdır

Fərəc Quliyev: «Fərdi, qərəzli şəkildə kiminləsə mübarizə aparmaq müxalifətçilik deyil»

 

«Dalaşmaqdan əvvəl danışmaq lazımdır». Bunu Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, müxalifətçilik yalnız düşüncə müxalifətçiliyi olmalıdır: «Bizim müxalifətçiliyimiz yalnız düşüncə müxalifətçiliyi olmalıdır. Fərdi, qərəzli şəkildə kiminləsə mübarizə aparmaq müxalifətçilik deyil. Hesab edirəm ki, sonrakı mərhələlərdə parlamentdə komitə sədrləri, spiker müavinləri səviyyəsində müxalifətin təmsil olunması da irəliyə doğru atılan addımdır. Ən ümdə məsələ isə odur ki, göndərilən müraciətlərə çox ciddi şəkildə baxılır. Hesab edirəm ki, bundan sonra da rayonlarda yerli şöbələrə İcra Hakimiyyəti qərargah verməlidir. Bu da çox vacib məsələdir və həm də məsuliyyətin bölüşdürülməsidir».

F.Quliyev bildirib ki, məsuliyyət təkcə iqtidarın üzərinə düşmür, həm də müxalifətlə bölüşülür: «Bu da gələcəkdə bələdiyyə və başqa seçkilərdə effektiv olacaq. Bu gün partiyalarda yüksək səviyyəli mütəxəssislər var. Onların hakimiyyətdə təmsil olunması, rəhbərliyə gətirilməsi

vacibdir. Hesab edirəm ki, yavaş-yavaş bunlar da gerçəkləşməlidir. Bu məsələyə çox optimist baxıram».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ