SON DƏQİQƏ
» » Əliyev Oseymini təltif etdi, İƏT-in saytı dərc etdi

Əliyev Oseymini təltif etdi, İƏT-in saytı dərc etdi

Tarix:

9-04-2021, 23:45

/ 1 375 dəfə oxundu.
Əliyev Oseymini təltif etdi, İƏT-in saytı dərc etdi

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Oseyminə "Dostluq” ordeni təqdim etməsi barədə material yayımlanıb.

GunAz.az xəbər verir ki, saytın xəbərində İƏT-in Baş katibinin bu mükafata Azərbaycanla təşkilat arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə layiq görüldüyü bildirilir.

Qeyd olunur ki, Yusif bin Əhməd əl-Oseymin Azərbaycanın dövlət başçısını torpaqların işğaldan azad edilməsi və böyük Qələbə münasibətilə təbrik edib. O deyib ki, bu bizi çox sevindirir və sizinlə birlikdə, bizim də Qələbəmizdir.

Xəbərdə İƏT-in Baş katibinin Azərbaycanın xarici işlər naziri ilə görüş və birgə mətbuat konfransı keçirdiyi də diqqətə çatdırılıb.

İƏT-in Baş katibinin Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi və Bakıda keçirdiyi görüşlər barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi də materiallar yayıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ