SON DƏQİQƏ
» » Bu səbəblərə görə Milli Məclis buraxılmalıdır - Tarixi zərurət yetişdi - ƏTRAFLI

Bu səbəblərə görə Milli Məclis buraxılmalıdır - Tarixi zərurət yetişdi - ƏTRAFLI

Tarix:

19-03-2021, 11:08

/ 3 589 dəfə oxundu.
Bu səbəblərə görə Milli Məclis buraxılmalıdır - Tarixi zərurət yetişdi - ƏTRAFLI

Azərbaycan cəmiyyəti islahatlara hamilədir. İslahatlar isə cəmiyyətin ən üst qatında aprılmalıdır. Qanunvericilik və məhkəmə sistemində. Bu gün hakimiyyətin 3 əsas qolundan yalnız biri-icra orqanı işləyir.

Qanunverici və məhkəmə sistemi isə hadisələrin arxasınca sürünür. Bu gün ölkənin ali icra orqanının rəhbəri prezident İlham Əliyev nəinki ölkədə, eləcə də dünyada və regionda çox böyük nüfuza sahibdir. 30 ildə BMT-nin, ATƏT-in, ABŞ, Rusiya və Avropa dövlətlərinin çözə bilmədiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini prezident İlham Əliyev xalqın dəstəyi və müzəffər ordumuzun gücü ilə cəmi 44 günə həll etdi. Bununla da nəinki Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Eyni zamanda dünyada daha bir münaqişə ocağı söndürülmüş oldu.

 

30 illik münaqişənin həll edilməsi regionda yeni düzən formalaşdırdı. Yeni reallıqlar ortaya çıxardı. Bu reallıqların moderatoru isə Azərbaycandır. Bu moderatorluğu sona qədər uğurla aparmaq üçün ölkəmizin icra strukturu ilə yanaşı güclü məhkəmə sistemi və qanunverici orqanı da olmalıdır.

Üstəlik, Azərbaycanın 30 il işğal altında olan 20 faiz ərazilərin bu gün yenidən qurulmasına başlanılıb. Bu təxminən 1 milyondan artıq əhalinin yaşayacağı ərazidir. Müqayisə üçün deyək ki, Dağlıq Qarabağ və ərtaf rayonlar öz ərazisi və əhali sayına görə Avropanın Lixtenşteyn, San Marino, Malta, Andorra və Vatikan kimi 5 dövlətin ərazisinə və əhalisinə bərabərdir. Bu da o deməkdir ki, Azərbaycanın qarşısında yeni dövlət qurmaq kimi çox ağır və məsuliyyətli bir vəzifə durur.

Bu məsələdə isə ali hakimiyyət orqanının hər üçünün üzərinə çox böyük vəzifə düşür. Amma təəssüflə deməliyik ki, bu gün bütün məsuliyyətin altına yalnız ölkə başçısı çiyinlərini verib. Parlament və məhkəmə sistemi isə seyirçi mövqedən çıxış edir. Bu gün bütün ümidlər yalnız ölkə prezidentinədir. Nəinki beynəlxalq institutların, eləcə də Azərbaycan xalqının məhkəmə sistemindən və parlamentdən heç bir gözləntisi yoxdur. Çünki həm parlament, həm də məhkəmə sistemi yerində sayır, bəzənsə geri addımlayır. Ona görə də hər iki sistemdə ciddi islahatlar aparılmalıdır.

Bu yazımda mən parlament haqqında danışacam. Parlamentin buraxılmasını zəruri edən səbəbləri söyləyəcəm. Son parlament seçkiləri 9 fevral 2020-ci ildə keçirilib. Xatırladaq ki, ölkəmizdə seçkilər mojaritar qaydada keçirilir. Müstəqillik tariximizdə 6-ı dəfə keçirilən  seçkilərdə parlamentin tərkibi 35.2% yenilənib. Ötən çağırışla müqayisədə, 44 yeni deputat seçilib, 81 nəfər isə mandatını qoruya bilib. Müqayisə üçün 5-ci çağırış Milli Məclisin tərkibinə 96, 4-cü çağırışın tərkibinə isə 88 deputat təkrar seçilmişdi.

https://konkret.az/cloud/uploads/2021/03/bu1-448x252.jpg 448w" sizes="(max-width: 590px) 100vw, 590px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; clear: both; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Qrafikdən göründüyü kimi, Milli Məclis bir çoxlarının daimi qeydiyyat yerinə çevrilib. İkinci və üçüncü çağırışlarla müqayisədə altıncı çağırışda deputatların 70 faizdən çoxu təkrarən öz mandatlarını saxlayıblar. Halbuki 1995-2005-ci illərdə Milli Məclis daha səmərəli işləyiridi. İl boyu 10-larla yeni qanunlar qəbul edilirdi, qüvvədə olan qanunlara isə yüzlərlə dəyişikliklər edilirdi. Amma son 6 ildə deputatlar Milli Məclisə bir növ şəxsi qayğıları üçün, hökümət telefonu ilə danışmaqdan ötəri gəlirlər. Hazırkı parlamentin faydalı iş əmsalı 20  il əvvəlki parlamentin işgüzarlığı ilə müqayisədə çox aşağıdır. Demək olar ki, yoxdur.

Başqa bir maraqlı məqama da diqqət etsək, məncə pis olmaz. 2015-ci il Milli Məclisə seçkilər zamanı yalnız üç nəfər 50 faizdən aşağı səs toplamaqla deputat seçilə bilmişdi. Son seçkilərdə isə 50 faizdən aşağı səs toplayaraq deputat seçilənlərin sayı 41 olub. Onların 19-u yeni seçilmiş, 22-si isə təkrar seçilmiş deputatdır. Qalib gələn namizədlər orta hesabla 55.3% səs toplayıb. Bu isə onu göstərir ki, hazırkı parlament heyətinə xalq əvvəldən laqeyd qalıb. Namizədlərin tam əksəriyyəti necə deyərlər sürünə-sürünə 25 faizlik baryeri keçiblər. Milli Məclisdə oturanların 30 faizi faktiki olaraq səsverməyə gələnlərin (ümumi seçicilərin yox haaa) vur-tut 30-40 faiznin dəstəyini qazanıblar. 5 il müddətində seçicilərin namizədlərə dəyişən biganə yanaşması onu sübut edir ki, xalq parlamentdən əlini çoxdan üzüb.

Ümumilikdə, 6-cı çağırış Milli Məclisdə təmsil olunan 82 deputat müstəqillik dövründə formalaşmış parlamentlərin tərkibində iki dəfə və daha çox təmsil olunub:

İlk dəfə təmsil olunanların sayı – 43 nəfər

İki dəfə təmsil olunanların sayı – 18 nəfər

Üç dəfə təmsil olunanların sayı – 17 nəfər

Dörd dəfə təmsil olunanların sayı – 19 nəfər

Beş dəfə təmsil olunanların sayı – 19 nəfər

Altı dəfə təmsil olunanların sayı – 9 nəfər

https://konkret.az/cloud/uploads/2021/03/bu3-448x252.jpg 448w" sizes="(max-width: 590px) 100vw, 590px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; clear: both; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

30 il deputat olmaq açığı çox axmaq mətləblərdən xəbər verir. Yəni 30 il xalq sevgisini "qazanmaq” fərasətinə malik insanların bu gün ictimai-siyasi həyatımızda heç bir faydalı iş əmsalı yoxdur. Onlar həm mənən, həm fiziki, həm də zehni cəhətdən yorulmuş, tükənmiş insanlardır. Əminliklə deyə bilərəm ki, onların sonuncu dəfə hansısa ictimai və yaxud qanunvericilik təşəbbüsü ilə çıxış etdiyini heç kim xatırlaya bilməz. Onların Milli Məclisdə əyləşməsinin çox sadə və bəlli səbəbləri var.

6-cı çağırış Milli Məclisdə qadın və kişi deputatların sayında bir nəfərlik fərq var. Belə ki, 5-ci çağırış Milli Məclisdə 104 kişi, 21 qadın deputat var idisə, indi 103 kişi və 22 qadın deputat seçilib.

https://konkret.az/cloud/uploads/2021/03/bu4-448x252.jpg 448w" sizes="(max-width: 590px) 100vw, 590px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; clear: both; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Ən nəhayət maraqlı bir mənzərəni göz önünə gətirək. 5-ci çağırış Milli Məclisdə deputatların 84-ü partiyalı, 41-i bitərəf idisə, indi millət vəkillərinin 82-si partiyalı, 43-ü bitərəfdir. Parlamentdə ümumilikdə doqquz partiya təmsil olunub. Yeni Azərbaycan Partiyası 72, Vətəndaş Həmrəyliyi üç, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Ana Vətən, Vətəndaş Birliyi, Vəhdət və Azərbaycan Demokratik Maarifçilik partiyaları bir nəfərlə təmsil olunub.  Belə görünür ki, Azərbaycanda YAP-la rəqabət apara biləcək siyasi partiya hələ ki yoxdur. Bununsa tək səbəbi ölkə başçısının uğurlu xarici və daxili siyasətidir. Çünki ölkə başçısı həm də YAP-ın sədridir. Və ölkə başçısının nüfuzunun kölgəsinə sığınan bir çox "yap”çılar bir çox yerlərdə olduğu kimi Milli Məclisdə də sığınacaq tapıblar. Diqqətlə baxsaq "yap”çı deputatlar parlamentdə ən passivlər cərgəsindədir. Mən dayanmadan ən azı 15 "yap”çı deputatın adını sayaram ki, son 15 ildə Milli Məclisin plenar iclaslarında 15 dəfə danışmayıblar. Qanunvericilik təşəbbüslərindənsə danışmağa dəyməz. Çünki onlar parlament iclaslarında sadəcə mürgüləyirlər.

Ona görə də hazırkı parlament xalqın və zamanın tələblərinə cavab vermədiyi üçün buraxılmalıdır.

Əvvəla ona görə ki, parlamentdəki deputatların tam əksəriyyəti öz hüquq və vəzifələrini bilmir. Ona görə də vəzifələrini yerinə yetirə bilmirlər.

İkincisi,  125 deputatın qanunvericilik təşəbbüsləri 0-a bərabərdir.

Üçüncüsü, deputatların tam əksəriyyəti kommersiya ilə məşğuldur. Və bunu heç gizlətmirlər də. Bu gün tikinti, tütün, otel biznesi, tibbi avadanlıqlar və əczaçılıq, iri ticarət şəbəkələri və şadlıq evləri birbaşa bəzi deputatların monopoliyasındadır. Azərbaycan qanunvericiliyinə görə  deputat bizneslə məşğul ola bilməz. Biznesmen deputatlar həm də ölkəmizin beynəlxalq imicinə güclü zərbə vururlar. Onlar xarici ölkə parlamentariləri ilə görüşə gedərkən daha çox biznes əlaqələri qurmağa çalışırlar. Bu isə normaı cəmiyyətdə ikrah doğurur.

Dördüncüsü və ən başlıcası 44 günlük müharibənin imtahanından deputatlarımızın 99 faizi kəsildi. Onlar istər müharibə, istərsə də müharibədən sonrakı 4 ay müddətində heç bir qanunvericilik təşəbbüsü ilə çıxış etmədilər. Heç bir məsələ ilə bağlı mövqe nümayiş etdirmədlər. Məsələn, 6 həftəlik müharibə zamanı ermənilər qadağan olunmuş silahlardan istifadə etdilər, cəbhə bölgəsindən xeyli aralıda yaşayan dinc əhalini bombardıman etdilər. Bu vəhşiliyə ilk reaksiyanı Milli Məclis verməli idi. Amma susdu. Daha doğrusu, deputatların tam əksəriyyəti ölkə başçısının şərəfinə bayağı və ucuz təriflər deməklə işlərini bitmiş hesab etdilər. Halbuki Milli Məclis üzvünün hər biri hansısa ölkələrarası parlament dostluq qurupunun rəhbəridir. Deputatlar istəsəydi, heç olmasa hansısa dövlətin parlamentində erməni vəhşiliyini qınayan qərar qəbul edərdi. O qərar da bu gün bizim əlimizdə tutarlı sənəd olardı. İstəmədilər, ona görə ki, bu təşəbbüsü etməyə onlarda hüquqi bilik və vətəndaş yanğısı çatmırdı.

Müharibə qurtardı. Əsirlərin dəyişdirilməsi və kommunikasiyaların bərpası məsələləri başladı. Deputatlarımız yenə susdu. Heç bir təşəbbüs olmadı. Yenə deyirəm, Milli Məclisin ABŞ, Avropa dövlətlərinin parlamentləri ilə guya "dostluq” qrupları var. Və bu quruplar nə vaxt işə yarayacaq, mən onu bilmirəm. Bütün dünya əsirlərin təhvil verilməsinə görə Azərbaycana güclü təzyiqlər etdilər və bu gün də bu təzyiqlər davam edir. Amma deputatlarımız heç Avropa Şurasında belə bu məsələ ilə bağlı davamlı iş aparmadı. Həqiqəti söyləyə bilmədilər. Demədilər ki, "10 noyabr sülh anlaşmasından sonra Azərbaycan torpaqlarında əsir götürülən silahlı ermənilər beynəlxalq terrorçulardır. Onları mühakimə etmədən buraxmaq sivilizasiya üçün bir  təhdiddir”.

Və ən nəhayət. Ermənilər minalanmış Azərbaycan torpaqlarının xəritəsini təhvil vermirlər. Nəticədə, hər gün neçə-neçə hərbiçimiz və dinc sakin həyatlarını itirir. Eyni zamanda, dinc quruculuq işləri bu səbəbə görə ləngiyir. Deputatlarımız isə ağızlarına su alıb susurlar. Çünki həlak olanlar arasında onların əzizləri yoxdur. Onların əzizləri kommersantdır və bu millətin başına torba tikməklə məşğuldurlar. Ona görə də Dağlı Qarabağ və ətraf ərazilərdə baş verənlər deputatlar üçün o qədər də maraqlı deyil. Onların maraqlaırı Abşeron yarımadasında və bəzi turizm bölgələrində cəmləşib. Bir də axı, beynəlxalq aləmə müraciət etmək, beynəlxalq hüquqi müstəvidə mübarizə aparmaq üçün birincisi vətəndaş yanğısı, ikincisi isə hüquqi savad lazımdır. Nə yazıq ki, bunların heç biri deputatlarımızda yoxdur. Onlarda güclü vəzifə iştahı, kommersiya maraqları və ucuz şöhrət həvəsi var. Vəssalam…

Ona görə də parlamentin buraxılması tarixi zərurətdir.

скачать dle 12.1

Şərhlər