SON DƏQİQƏ
» » Dövlət maraqlarında xalqın rifahı öndə dayanır

Dövlət maraqlarında xalqın rifahı öndə dayanır

Tarix:

11-03-2021, 09:22

/ 4 097 dəfə oxundu.
Dövlət maraqlarında xalqın rifahı öndə dayanır

Keçirilən hər bir tədbir, qeyd edilən mühüm hadisə mahiyyəti, növbəti mərhələdə hansı yeniliklərə yol açması baxımından diqqət çəkir, təhlil edilir. Yeni Azərbaycan Partiyasının VII qurultayının özəlliyi ondan ibarətdir ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərinin regionda və dünyada yaratdığı yeni reallıqlar dövrünə təsadüf edir. Bu reallıqlar öz növbəsində yeni hədəfləri diktə edir ki, bu da bütün imkanların səfərbər olunmasını, kompleks tədbirlərin həyata keçirilməsini, islahatların dərinləşdirilməsini zərurətə çevirir. Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli nitqi Azərbaycanın gələcək inkişafı ilə bağlı hədəflərlə yanaşı, partiya üzvlərinin qarşısında dayanan vəzifələri də özündə ehtiva edir.

Dövlətimizin başçısı İlham Əliyev təsadüfi deyil ki, 2003-2020-ci illəri hazırlıq dövrü kimi xarakterizə edir. Bu illər ərzində ölkəmiz 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində daha da inkişaf etdi, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı, bir sözlə, düzgün müəyyənləşdirilən hədəflərə ardıcıllıqla nail olundu. Artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi keçmişdə qalıb. Möhtərəm Prezidentimiz İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayının hansı zərurətdən keçirildiyini açıqlayarkən də bildirdi ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar formalaşıb.

Qurultayda yeni dövrün prioritetləri açıqlandı. Azərbaycanın, həmçinin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının qarşısında mühüm vəzifələr dayanır. Yeni dövrdə siyasi dialoqun dərinləşdirilməsi prioritetdir. Bu prosesə müharibədən əvvəl start verildi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə xalqımıza Qələbə sevincini yaşatması, bu xəbərlərin ölkə Prezidenti tərəfindən xalqa çatdırılması harada yaşamasından, siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaq hər kəsdə qürur hissi yaradırdı. Vətən müharibəsində 50 siyasi partiyanın möhtərəm Prezidentimizi dəstəkləməsi, onun ətrafında sıx birləşməsi ölkəmizdə siyasi dialoq mühitinin, həmrəyliyin mövcudluğunun göstəricisi idi. Partiyanın VII qurultayında 6 siyasi partiyanın öz müraciəti əsasında Yeni Azərbaycan Partiyasına qoşulması da bu prosesin uğurla davam etdiyini ortaya qoydu.

Həsənov Əli,

Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri

Mərkəzinin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ