SON DƏQİQƏ
» » Prezident: "“91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm"

Prezident: "“91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm"

Tarix:

6-03-2021, 15:09

/ 3 048 dəfə oxundu.
Prezident: "“91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm"

Mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev və Birinci Vitse-Prezident, Yeni azərbaycan Partiyasının Sədrinin müavini Mehriban Əliyeva Qurultayın işində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib. Öz çıxışında, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan partiyanın ilk təsis qurultayından bu günə qədər YAP-ın keçdiyi yollara diqqət çəkən prezident "91-lər”in fəaliyyətini yüksək qiymətləndirib. "Mən bu gün bir daha o vaxt milli maraqları hər şeydən üstün tutan "91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm” -deyə prezident bildirib. Prezident çıxışında 2003-2020-ci illəri Qarabağ münaqişəsinin həllinə hazırlıq dövrü kimi səciyyələndirib: "əgər tarixi prizmadan yanaşsaq 2003-2020-ci illər hazırlıq dövrü idi. Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, bu məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə həll edəcəyik ”.

Dövlət başçısı vurğulayıb ki, son üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır: "Azərbaycan öz ərazi bütovlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi. Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir və bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir.” Daha sonra Preziden qələbədən sonrakı dövr, işğaldan azad olunan ərazilərdə yaşayış üçün vacib olan infrastrukturun bərpa olunması, eyni zamanda olkənin iqtisadi inkişafı və gələcək planlar barədə danışıb.

Prezidentdən sonra qurultay nümayəndələrinin cıxışları dinlənilib. Onlar da Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinə məlumat veriblər. Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə olunub.

YAP-ın yeni nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin əmri ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri təyin edilib. Qəbul edilmiş digər qərar əsasında Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar şurasının 35 nəfərlik tərkibi təsdiqlənib.

Qeyd edək ki, hakim partiyanın qurultayındaki dəyişikliklər həm ictimaiyyət və həm də digər rəqib patiyalar tərəfindən müsbət dəyərləndirilib. Biz də vətəndaş olaraq öz növbəmizdə YAP-ın bundan sonrakı fəaliyyətində uğurlar arzu edirik.

Masallı rayon Mahmudavar kənd sakini

Eyvazov Fəxrəddin Səfail oğlu


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ