SON DƏQİQƏ
» » İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”

İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”

Tarix:

25-08-2018, 23:54

/ 10 333 dəfə oxundu.
İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”

“Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb”. 

GunAz.az xəbər verir ki,  bunu prezident İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə keçirilən birgə mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib: “Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”.

“Biz xanım Kanslerlə, eyni zamanda, demokratiya, insan haqlarının qorunması ilə bağlı fikir mübadiləsi apardıq və bu sahədə əməkdaşlığımızı davam etdirmək fikrindəyik. Avropa İttifaqı-Azərbaycan əlaqələri də müzakirə edildi, biz bu əlaqələrin inkişafından çox razıyıq. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və böyük saziş üzərində çox konstruktiv şəkildə iş aparılır. Ümid edirəm ki, danışıqlar yaxın zamanlarda uğurla başa çatacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaqdır”,- deyə İlham Əliyev qeyd edib.

скачать dle 12.1

Şərhlər