SON DƏQİQƏ
» » Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə danışdı

Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə danışdı

Tarix:

15-03-2021, 22:40

/ 1 450 dəfə oxundu.
Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə danışdı

Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən GunAz.az-a verilən məlumata görə, tərəflər bölgədə hazırda mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


скачать dle 12.1

Şərhlər