SON DƏQİQƏ
» » Azərbaycanlılara qarşı cinayət törətməyən erməni varmı?

Azərbaycanlılara qarşı cinayət törətməyən erməni varmı?

Tarix:

7-01-2021, 09:16

/ 3 456 dəfə oxundu.
Azərbaycanlılara qarşı cinayət törətməyən erməni varmı?

Partiya sədri: «Başa düşülməyən bir məqam ermənilərin Dağlıq Qarabağda bundan sonra da yaşamaq istəyidir»

 

«Dövlətimizin qəti hərəkəti, igid əsgər və zabitlərimizin fədakarlığı sayəsində Azərbaycanımızın sərhədləri qarış-qarış bərpa edilməkdə, uzun illər yağı düşmənin tapdağı altında olan doğma torpaqlarımız Ana vətənə qovuşmaqdadır! İnanırıq ki, çox tez bir zamanda Azərbaycan dövləti özünün bütün ərazisində tam suverenliyini, öz mülki hakimiyyətini bərpa edəcəkdir».

Bunu "Azad Azərbaycan"a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, tarix boyu müharibələr həmişə dağıntılarla müşahidə edilib: «Başa düşülməyən müharibə bitdikdən (müvəqqəti də olsa) sonra zəbt edilmiş ərazilərdə salamat qalmış bütün tikililərin, tarixi abidələrin, müqəddəs məkanların ağına-bozuna baxmayaraq talan edilməsi və tamamilə məhv edilməsidir. Düzdür, tarixdə zəbt edilmiş ərazilərin talan edilməsi faktları vardır. Ancaq bildiyim qədər tarixdə ermənilər kimi zəbt etdiyi ərazilərdə qalmış bütün sərvətləri, tikililəri, hətta qəbirləri dağıdaraq qəbir daşlarını son damlasına qədər talan edən, daşınması mümkün olmayanları yerlə yeksan edən, yandıran ikinci bir toplum (onlara xalq demək olmaz!) olmamışdır».

Partiya sədri bildirib ki, bu mənfur toplum xarici himayədarlarının dəstəyi ilə ərazilərimizi işğal edərkən öz doğma yurd-yuvasını tərk etməyə məcbur olan vətəndaşlarımız bütün sərvətlərini, onlara heç bir zərər yetirmədən, qoyub qetmişdilər. Hətta evini tərk edərkən toyuq-cücəsinə də son dəfə yem verən vətəndaşlarımız da olub: «Bəs özlərini "qədim", "ali", "sülhsevər" elan edən, əslində isə təcavüzkar, qaniçən, cinayətkar, eyni zamanda satqın və qorxaq olan ermənilər reallıqda necə davranırlar? Özlərini "qəhrəman xalq" adlandıran bu mənfur toplumun "nəyə qadir olduğu" 44 gün ərzində bəlli olmadımı? Qəhrəman əsgər və zabitlərimizin qarşısından siçan kimi qaçan bu qaniçənlər yenə də özlərinin miskin xüsusiyyətlərinə xas olaraq "qisaslarını" "heç nə türklərə qalmamalıdır" deyərək, tərk etməyə məcbur olduqları ərazilərdəki binaları, evləri yandırmaqla çıxırlar. Olsun! Qoy rədd olsunlar! Biz, Azərbaycan dövləti, xalqı olaraq düşməndən azad edilmiş ərazilərimizi bərpa edəcəyik, orada həyat yenidən qaynayacaq. Çünki Azərbaycan buna qadirdir». T.Qənioğlu qeyd edib ki, başa düşülməyən bir məqam ermənilərin Dağlıq Qarabağda bundan sonra da yaşamaq istəyidir: «Yəqin yaşamaq istəmirlər, türk düşmənləri öz məkirli niyyətlərinə çatmaq üçün onları buna məcbur etmək istəyirlər! Çünki öz qonşusu olan azərbaycanlını diri-diri oda atıb yandıran, uşaq, qadın, qoca bilmədən onları öldürən və s. vəhşilərə xas olan cinayətlər törədən erməni azərbaycanlı qonşusunun üzünə baxa biləcəkmi, onunla birlikdə, qonşuluqda yaşaya bilərmi? Və ya azərbaycanlılar erməni qaniçənlərinin bu hərəkətlərini unuda, onları bağışlaya biləcəklərmi? Təbii ki, Azərbaycan xalqı tolerant xalqdır, bağışlayandır, erməninin tayı deyildir! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, erməni vətəndaşlarımız yaşadıqları ərazilərdə qalıb yaşamağa davam edə bilərlər, onlar üçün heç bir təhlükə yoxdur. Təbii, Prezident bu fikirləri söyləyəndə cinayətdə əli olmayan, cinayət törətməyən erməniləri nəzərdə tutub. Ancaq belə erməni varmı"?

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ