SON DƏQİQƏ

BMT Qarabağa missiya göndərmək istəyir

Tarix:

10-12-2020, 23:29

/ 1 391 dəfə oxundu.
BMT Qarabağa missiya göndərmək istəyir

BMT Dağlıq Qarabağa öz missiyasını göndərmək niyyətini saxlayır və bütün tərəfləri missiyanın regiona ən qısa zamanda gəlməsi üçün əməkdaşlığa çağırır.

GunAz.az Report-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

Qeyd edək ki, bir müddət əvvəl də BMT-də bildiriblər ki, region sakinlərinin ehtiyacına görə beynəlxalq missiya dekabrın əvvəlində Dağlıq Qarabağa gəlməlidir, ancaq bu, hələlik reallaşmayıb.

"Mən deməzdim ki, hansısa maneələr var”, - Dujarrik qeyd edib: "Detallar hələ işlənilir".

"Qeyd etdiyim kimi, biz münaqişə regionlarında bütün zərərçəkənlərin humanitar ehtiyaclarını təmin etməyə hazırıq. BMT-nin Humanitar məsələlər üzrə İdarəsində və başqa departamentlərdəki həmkarlarımız humanitar ehtiyacların müstəqil qiymətləndirilməsi üçün bütün tərəflərlə işləyirlər", - deyə o əlavə edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ