SON DƏQİQƏ

Türkiyə Qarabağa YÜNGÜL SİLAHLARLA GƏLİR

Tarix:

19-11-2020, 08:27

/ 7 341 dəfə oxundu.
Türkiyə Qarabağa YÜNGÜL SİLAHLARLA GƏLİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb.

Qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Azərbaycandakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Bəs, Azərbaycana Türkiyədən nə qədər hərbçi gələcək?

GunAz.az xəbər verir ki, hərbi ekspert Əbuzər Əbilov hələlik hərbiçilərin sayı ilə bağlı məlumat olmadığını bildirib:

"Azərbaycana gələn Türkiyə hərbçilərinin sayı barədə hələlik hansısa məlumat yoxdur. Çünki hərbiçilərin sayı Azərbaycan və Türkiyə arasında olan razılaşmanın müddəalarına əsasən müəyyənləşəcək. Bütün bunlar iki ölkə arasında müzakirə ediləcək və bunun nəticəsində müəyyən nəticəyə gəlinəcək. Hesab edirəm ki, yaxın zamanlarda bununla bağlı məlumat veriləcək”.

Hərbi ekspert Türk hərbiçilərinin hansı silahlarla Dağlıq Qarabağa gələcəyi ilə bağlı da danışıb:

"Türkiyədən gələn hərbiçilər bura döyüş üçün gəlmədiyinə görə, onlar daha yüngül silah-sursatla gələcək. Bu barədə də müəyyən razılaşma əldə ediləcək. Çünki bütün bunlar əvvəlcədən razılaşdırılmaldır. Amma əsas məsələ qardaş ölkənin hərbiçilərinin Azərbaycana gəlməsi idi ki, bu da oldu. Qalan bütün məsələlər müzakirə əsasında bəlli olacaq. Hazırda bütün bunlarla bağlı müəyyən proseslər gedir”.


скачать dle 12.1

Şərhlər