SON DƏQİQƏ
» » Azərbaycan türk ordusunu Şuşada yerləşdirsə... – İsti şərh

Azərbaycan türk ordusunu Şuşada yerləşdirsə... – İsti şərh

Tarix:

16-11-2020, 16:21

/ 5 987 dəfə oxundu.
Azərbaycan türk ordusunu Şuşada yerləşdirsə... – İsti şərh

Noyabrın 10-da qəbul edilən Bəyanata görə, Türkiyə hərbçilərinin sülhməramlı əməliyyatda iştirakı nəzərdə tutulmayıb. Bu mənada Türkiyə hərbçilərinin Azərbaycanda hansı statusda iştirak etməsi bizdən asılıdır.

Bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Bakı Türkiyə hərbçilərinin Şuşa, Laçın, Kəlbəcər və ya Ağdam rayonu ərazisində yerləşlədirilməsini istəsə, heç kim buna mane ola bilməyəcək:

"Türkiyənin F-16 hərbi təyyarələri aylardır Azərbaycan ərazisindədir və elə bu məsələni də həll edib, strateji müttəfiqimizin ərazimizdə hərbi hava qüvvələrinin bazasını rəsmiləşdirmək lazımdır.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana hərbi kontingentin göndərilməsi ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Bu qanunun icrasını sürətləndirmək lazımdır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ