SON DƏQİQƏ
» » Amerikalı həmsədr Dağlıq Qarabağa səfər edib

Amerikalı həmsədr Dağlıq Qarabağa səfər edib

Tarix:

5-10-2017, 13:07

/ 865 dəfə oxundu.
Amerikalı həmsədr Dağlıq Qarabağa səfər edib

ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Endryu Şofer Dağlıq Qarabağa tanışlıq səfəri edib.
 
Gunaz.az-ın "Armenpress"ə istinadən verdiyi xəbərə görə, E. Şofer separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüşdə münaqişənin həlli, təmas xəttində vəziyyət və digər məsələlər müzakirə edilib. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıb.
 
E. Şofer görüşdən sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə tanışdır: "Bu, həqiqətən mürəkkəb problemdir. Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə müntəzəm olaraq regiona səfərlərimizi davam etdiririk”.
 
Qeyd edək ki, həmsədrlər oktyabrın 6-da İrəvanda, 7-də Bakıda olacaqlar.(apa)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ