SON DƏQİQƏ

Putin Qarabağla bağlı fərman imzaladı

Tarix:

13-11-2020, 19:32

/ 6 000 dəfə oxundu.
Putin Qarabağla bağlı fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağa humanitar müdaxilə üçün qurumlararası mərkəzin yaradılması barədə fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Humanitar məsələlərin həllinə və Dağlıq Qarabağda mülki infrastrukturun bərpasına kömək etmək üçün Humanitar Müdaxilə üzrə Qurumlararası Mərkəz yaratmağı qərara alıram”, - fərmanda qeyd olunub.

Fərman imzalandığı gündən qüvvəyə minir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ