SON DƏQİQƏ
» » Minsk qrupunun vasitəçiliyindən birdəfəlik imtina edilməlidir

Minsk qrupunun vasitəçiliyindən birdəfəlik imtina edilməlidir

Tarix:

26-11-2020, 10:39

/ 4 268 dəfə oxundu.
Minsk qrupunun vasitəçiliyindən birdəfəlik imtina edilməlidir

Partiya sədri: «Rusiyanın Dağlıq Qarabağdakı fəaliyyəti sülhməramlılıq çərçivəsindən kənara çıxır»

 

«Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin təcavüzkar, faşist, işğalçı ermənilər üzərində hərb meydanında qazandığı möhtəşəm qələbə diplomatik-siyasi müstəvidə davam etməkdədir. Azərbaycan, Rusiya və Ermənistanın ali rəhbərlərinin Dağlıq Qarabağda atəşkəsin dayandırılması ilə bağlı noyabr ayının 9-da imzaladıqları bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu, bir güllə də atılmadan, işğaldan azad edildi». Bunu "Azad Azərbaycan"a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə,Dağlıq Qarabağda əldə edilən qələbə bir daha göstərdi ki, Azərbaycanla təkbətək mübarizədə Ermənistan heç kimdir: «İnanırıq ki, dekabr ayının 1-dək əziz Laçınımız da, mənfur düşmənlərdən azad ediləcək. Həm hərb, həm də diplomatik-siyasi meydanda Azərbaycanın əldə etdiyi qələbələr bir daha göstərdi ki, Azərbaycanla təkbətək mübarizədə Ermənistan heç kimdir! Bir daha aydın oldu ki, nankor, bütün insani hisslərdən məhrum olan ermənilər indiyədək əldə etdikləri "nailiyyətlərinə" yalnız xristian, türk düşmənçiliyi mövqeyindən çıxış edən xarici himayədarları sayəsində müvəffəq olmuşlar. Ancaq ermənilər deyəsən hərb və diplomatik meydanda aldıqları ağır məğlubiyyətlərdən dərs almaq fikrində deyillər. Yenə də qisasdan, üzdəniraq "Arsax"ın müstəqilliyindən dəm vururlar və bu məqsədlərinə çatmaq üçün yenə də xarici himayədarlarına ümid edirlər».
Partiya sədri bildirib ki, Rusiyanın "TASS” agentliyinə verdiyi müsahibədə Nikol Paşinyan Qarabağ münaqişəsinin uzunmüddətli olduğunu nəzərə alaraq rusiyalı sülhəmramlıların qalacağı müddətin 5 illə kifayətlənməyəcəyini, Dağlıq Qarabağın statusunun ATƏT-in Minsk qrupu çərçivəsində aparılacaq danışıqlar zamanı müəyyən olunacağını söyləyib: «Prezident İlham Əliyev demişkən "Paşinyan kimdir ki" özbaşına bu cür iddia irəli sürsün? Deməli hələ də "ilana zəhər verən kərtənkələlər" var. Göründüyü kimi, Daqlıq Qarabağın təmamilə, de-fakto, dövlətimizin nəzarətinə keçirilməsi üçün Azərbaycanı diplomatik cəbhədə gərgin mübarizə gözləyir. Fikrimizcə, ilk növbədə, 30 ilə yaxın Daqlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində 1 sm də olsa irəliləyişə nail olmayan, qəti ermənipərəst Fransanın təmsil olunduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyindən birdəfəlik imtina etmək lazımdır! Eləcə də, sülhməramlı funksiyasını öz üzərinə götürən Rusiyanın hərəkətləri də, nəzərdən qaçırılmamalıdır. Müşahidələr göstərir ki, Rusiyanın Dağlıq Qarabağdakı fəaliyyəti sülhməramlılıq çərçivəsindən kənara çıxır. Sülməramlılar özlərini Dağlıq Qarabağın idarəçiləri kimi aparır, orada bərpa-quruculuq işləri həyata keçirir və bu sahədə üzdəniraq "Arsax"ın "prezidenti" ilə sıx əməkdaşlıq edirlər. Onlar "qaçqın erməniləri" müxtəlif yollarla Qarabağa daşımaqla gələcəkdə "status" iddialarına əsaslar yaratmağa cəhd edirlər. Bu cür hərəkətlərin qarşısının alınması üçün Xankəndində, Əskəranda, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycanın mülki idarəçiliyi tezliklə bərpa edilməli, bu ərazilərdə Azərbaycan qanunları tətbiq edilməlidir».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər