SON DƏQİQƏ
» » Kiçikdən böyüyə ermənilərin hamısı faşizm virusunun daşıyıcısıdır!

Kiçikdən böyüyə ermənilərin hamısı faşizm virusunun daşıyıcısıdır!

Tarix:

17-11-2020, 13:46

/ 5 191 dəfə oxundu.
Kiçikdən böyüyə ermənilərin hamısı faşizm virusunun daşıyıcısıdır!

Partiya sədri:«Döyüş meydanında əldə etdiyimiz şəksiz üstünlüklər bizə müharibəni tam qələbəyədək davam etdirməyə imkan verdi»

 

«Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində hərb meydanında mənfur, faşist ermənilər üzərində dünyanı heyrətə salan möhtəşəm qələbə çaldı. Şanlı ordumuz bu qələbə sayəsində 30 ilə yaxın işğal altında saxlanılan əzəli və əbədi torpaqlarımızın tamamilə azad edilməsinin əsasını qoymuş oldu». Bunu «Azad Azərbaycan»a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə,döyüş meydanında əldə etdiyimiz şəksiz üstünlüklər bizə müharibəni tam qələbəyədək davam etdirməyə imkan verdi: «Ancaq döyüş meydanında qələbəni təmin edən, acı məğlubiyyətə uğrayan təcavüzkar ermənilərin döyüşləri dayandırmaq üçün yalvarışlarını nəzərə alansülhsevər Azərbaycan, hərbi əməliyyatların dayandırılmasına, mübarizənin hərb meydanından diplomatik-sülh meydanına keçirilməsinə razılıq verdi. Məhz sülhsevər Azərbaycanın razılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin birgə bəyanatı ilə, 10 noyabr 2020-ci ildə saat 00.00-dan etibarən Dağlıq Qarabağ zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırıldığı elan edildi. Qəbul edilən bu razılaşmaya uyğun olaraq işğal altında olan Kəlbəcər, Laçın və Ağdam rayonlarının hələ də işğal altında olan ərazilərinin 20 gün ərzində sülh yolu ilə azad ediləcəyi razılaşdırılmışdır və bu prosesə artıq start verilmişdir».

T.Qənioğlu bildirib ki, ötən müddət ərzində 9 bənddən ibarət olan bəyanatın hər bir bəndi üzrə müxtəlif şərhlər, mülahizələr irəli sürülməkdədir: «Mən bəyanatın 7-ci bəndi üzərində dayanmaq istərdim. Bu bənddə qeyd olunur ki, "Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarət altında geri qayıdır". Bu ərazilərdən qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtmağa tam haqları vardır və onlar bu günü səbirsizliklə gözləyirlər.Mənim sözüm uzun illər sülh, əmin-əmanlıq şəraitində, qonşu azərbaycanlılardan daha firavan yaşayan, onlardan daim yaxşılıq görən,buna baxmayaraq silahsız azərbaycanlıları uşaq, qadın, yaşlı bilmədən qəddarcasına qətlə yetirən, Xocalı soyqrımını törədən, yurdundan qovulmuş azərbaycanlıların bütün mülkünü son daşına qədər talayan, daşıya bilmədiklərini dağıdıb, yandırıb xarabazarlığa çevirən və vəhşilərə xas olan digər cinayətlər törədən, bu cinayətlərdə istisnasız olaraq iştirak edən qadınlı-kişili, böyüklü-kiçikli bütün ermənilərədir.Siz hansı haqla, hansı üzlə yenidən Dağlıq Qarabağa, digər Azərbaycan torpaqlarına qayıtmaq istəyirsiniz? Siz himayədarlarınıza arxayın olaraq bu torpaqlarda yenidən əvvəlki kimi yaşaya biləcəyinizə əminsiniz? Kiçikdən böyüyə qədər sizin hamınız faşizm virusunun daşıyıcısınız! Bir fikir verin, görün sizin sizə oxşayan uşaqlarınız işğaldan azad olunmuş Azərbaycan torpaqlarını tərk edərkən məktəb və küçə divarlarına nələr yazırdılar. Onlar yazırdılar, "biz havanı zəhərləyəcəyik ki, bütün azərbaycanlı uşaqlar ölsün”, "biz sizə yaşamağa imkan verməyəcəyik”! Bəs sizin yaşlılarınız nə edir: Kəlbəcəri, Ağdamıtərk edən erməni əhali gedərkən talan edib apara bilmədikləri şeyləri, meşələri yandırır, məhv edirlər! Bütün bunlardan sonra siz hələ də özünüzü insanmı hesab edirsiniz?Azərbaycanlıların bütün bunları unudacağınımı düşünürsünüz? Bəli, Azərbaycanlılar sülhsevər, tolerant xalqdır, bağışlayandır! Ancaq satmağa hazırlaşdığınız himayədarlarınıza arxalanaraq Azərbaycana qayıtmamışdan əvvəl yenə də, insana yaraşmayan vəhşi hərəkətləriniz və onların azərbaycanlılara vurduğu sağalmaz yaralar haqda bir daha düşünün».

 

Ilqar QURBAN


скачать dle 12.1

Şərhlər