SON DƏQİQƏ
» » Ağdamın azad olunması bizim üçün şərəf məsələsi idi

Ağdamın azad olunması bizim üçün şərəf məsələsi idi

Tarix:

24-11-2020, 11:12

/ 4 278 dəfə oxundu.
Ağdamın azad olunması bizim üçün şərəf məsələsi idi

Partiya sədri: «44 günlük müharibədəki ağır məğlubiyyət Ermənistanı bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsi ilə üzləşdirib»

 

«İşğal altında qalan bütün torpaqlarımız kimi Ağdamın da azad olunmasını, bu torpağın təzədən böyük Azərbaycan ailəsinə qovuşmasını hamımız səbirsizliklə gözləyirdik. Ağdamsız Qarabağı təsəvvür etmək belə mümkün deyil. Şuşa Qarabağın qəlbi sayılırsa, Ağdam isə Qarabağın beyni, mərkəz nöqtəsi hesab olunur. Məhz buna görə də Ağdam hər bir qarabağlı üçün, hər bir azərbaycanlı üçün xüsusi dəyərə malikdir». Bunu "Azad Azərbaycan"a Milli Həmrəylik Partiyasının (MHP) sədriƏlisahib Hüseynovdeyib.

Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində Ağdam rayonunun işğaldan azad olunması dinc yolla baş tutdu. Bu həm də siyasi-diplomatik müstəvidə uğur, qələbə sayıla bilər: "Fürsətdən istifadə edib həm öz adımdan, həm də bütün MHP üzvləri adından ağdamlı soydaşlarımızı, dostlarımızı, eləcə də bütün xalqımızı bu tarixi hadisə münasibəti ilə təbrik edir, hər kəsə "gözünüz aydın olsun” deyirəm! Əziz ağdamlı soydaşlarımız, biz qubadlılar kimi siz də artıq məcburi köçkün deyilsiniz. Siz də "məcburi köçkün” adının əzici enerjisindən, ağır aurasından xilas oldunuz".
Bu hadisənin həqiqətən də tarixi hadisə, inanılmaz olay olduğunu bildirən Partiya sədri qeydedibki, hətta bir gün öncəyə qədər də içimizdə bir narahatlıq vardı. Düşünürdük ki, ermənilər Kəlbəcərin bizə təhvil verilməsini qeyri-müəyyən səbəblərlə yubatdıqları kimi birdən Ağdamın da təhvil verilməsində nəsə bir əngəl çıxararlar. Lakin Azərbaycanın prinsipial mövqeyi və Rusiya sülhməramlılarının öz işinə məsuliyyətlə yanaşmasının nəticəsində bu dəfə erməni bəhanələrinə, hiylələrinə yer qalmadı və hər şey yaxşı sonluqla bitdi: «Qədim yurdumuz deyilən vaxtda–20 noyabrda bizə təhvil verildi. Heç şübhəsiz ki, bu ilk növbədə Ali Baş Komandanımız İlham Əliyevin və Müzəffər Ordumuzun mübarizəsinin, mücadiləsinin nəticəsidir. Odur ki, Ali Baş Komandanımız İlham Əliyevi və hər bir əsgərimizi, zabitimizi təbrik etmək, onlara dərin təşəkkürlərimizi bildirmək mənəvi borcumuzdur. Ağdamın azad olunması bizim üçün şərəf məsələsi idi. Bu torpağın az qala hər qarışı Birinci Qarabağ müharibəsində qanla suvarılmışdı. Şəhid qanıyla. Təsadüfi deyil ki, Ağdam ən çox şəhid vermiş rayondur. Bu torpağın 6 mindən çox şəhidi var. Burda hər kənd, hər oba uğrunda qanlı döyüş gedib. Mən bunu Ağdam uğrunda döyüşlərdə iştirak etmiş və yaralanmış bir şəxs kimi, canlı şahid kimi deyirəm.»
Ə. Hüseynov qeyd edib ki, Ağdamı işğal altında saxlamaq ermənilər üçün nə qədər prinsipial məsələ idisə, oranı düşmən tapdağından azad etmək də biz azərbaycanlılar üçün elə bir o qədər mühüm əhəmiyyət kəsb edirdi. Məhz bu amilə görə Ağdamın azad edilməsinin şərəf məsələmiz olduğunu düşünürəm. Şükürlər olsun ki, Ağdamımız düşmən tapdağından tam şəkildə azad olundu. Əsgərlərimiz Ağdam məscidində azan verdilər, Cümə namazı qıldılar. Torpağımız yad əllərdən, yad ruhdan, yad nəfəsdən qurtuldu. Allahımıza şükürlər olsun!
Partiya sədri Ali Baş Komandanımızın, xalqa müraciətinə toxunaraq bildirib ki, ölkə başçımızın Ağdam rayonunun işğaldan azad olunması münasibətiləxalqamüraciətində vurğuladığı kimi, Ağdam üçün yeni dövr başlayır: «Ağdam müharibənin və işğalın fəsadlarından tamamilə təmizlənəcək. Düşmənin viran qoyduğu və minaladığı ərazilər qarış-qarış yoxlanacaq, müharibədən əvvəlki normal halına, istifadəyə yararlı vəziyətə gətiriləcək. Yeni yollar çəkiləcək, total abadlaşdırma işləri aparılacaq. Ağdam sözün tam mənasında yenidən qurulacaq, əvvəlkindən də qat-qat gözəl bir görünüşü ilə, yeni siması ilə qarşımıza çıxacaq, dünyaya açılacaq. Cənab Prezident xalqa müraciətində bunun anonsunu verdi. İnşAllah tezliklə Ağdamda möhtəşəm quruculuq işlərinin şahidi olacağıq. Bir sözlə, Ağdamı, bütün ağdamlıları yeni həyat, parlaq gələcək gözləyir.
Bəs məğlub Ermənistanı nə gözləyir? Bu sualın da cavabını cənab Prezidentin müraciətində axtarıb tapa bilərik. Prezident müraciətində Ermənistanın 30 il ərzində tam müstəqilliyə heç cürə nail ola bilməməsini və hazırda da faktiki olaraq asılı ölkə, müstəmləkə vəziyyətində olduğunu qeyd etdi: "Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, "məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar”. Bu müraciətdə qeyd olunmuşdur».
Partiya sədrininsözlərinə görə, proseslər bir daha onu göstərdi ki, Ermənistanda bu 30 ildə bir-birini əvəz etmiş liderlər rəhbərlik etdikləri ölkənin müstəqilliyi haqda düşünməyiblər. Onları yalnız onun-bunun havadarlığı altında işğalçılıq planları maraqlandırıb. 44 günlük müharibədə üzləşdikləri ağır məğlubiyyət və faktiki kapitulyasiya isəindi bütövlükdə Ermənistanın hətta bir dövlət kimi də siyasi xəritədən tamamilə silinməsi təhlükəsi ilə üzləşdirib. Çünki onlar özləri indi daxildə bir-birilərini ittiham etməyə, didməyə başlayıblar.
Ağdamın azad edilməsinə səbəb olan 44 günlük müharibənin qaliblərinə - Ali Baş Komandana, Azərbaycan Ordusuna, bütün qazilərimizə eşq olsun!»

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər