SON DƏQİQƏ
» » Qarabağda modern bir şəhərsalma həyata keçiriləcək

Qarabağda modern bir şəhərsalma həyata keçiriləcək

Tarix:

19-11-2020, 16:03

/ 4 776 dəfə oxundu.
Qarabağda modern bir şəhərsalma həyata keçiriləcək

Partiya sədri:"Prezidentin Qarabağa etdiyi tarixi səfər işğalçıların viran qoyduğu bu qədim bölgəmizə yeni nəfəsin gəlişinin müjdəsini verdi"

 

«Noyabrın 16-da Prezident və Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Cəbrayıl və Füzuli rayonlarına səfər etmələri 44 günlük müharibədəki şanlı Qələbəmizdən sonra Azərbaycan tarixinin yeni, qürur dolu anlarından biri oldu. Ali Baş Komandanın Füzuli rayonunda əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanması tarixi Qələbəmizin təntənəsi kimi qiymətləndirilməlidir». Bunu "GunAz.az"a açıqlamasındaMilli Həmrəylik Partiyasının (MHP) sədriƏlisahib Hüseynov deyib.

O bildirib ki, bu bir xalqın öz qalib Liderinə sevgisinin və minnətdarlığının təzahürü idi: «Bu həm də 44 gün davam edən İkinci Qarabağ müharibəsində İlham Əliyevin bir Ali Baş Komandan kimi yaşadığı gərginliklərin, apardığı yorulmaz mübarizəsinin mükafatıdır».

Partiya sədri qeyd edib ki, Prezidentin Qarabağa etdiyi tarixi səfər və eləcə də Qarabağa, Şuşaya aparan yeni yolun təməlinin qoyulması işğalçıların viran qoyduğu bu qədim bölgəmizə yeni nəfəsin, abadlığın gəlişinin müjdəsini verdi: «Dövlət başçısı bəyan etdi ki, işğaldan azad edilmiş rayonlarımız tezliklə planlı şəkildə bərpa ediləcək, xarici və yerli şəhərsalma mütəxəssislərinin iştirakı ilə Qarabağda tamamilə modern bir şəhərsalma planı həyata keçiriləcək. Eyni zamanda ekoloji tarazlıq yenidən bərpa olunacaq, ermənilərin törətdiyi ekoloji terrorun ağır nəticələri aradan qaldırılacaq».

Ə.Hüseynovvurğulayıb ki, bu ziyarət cəmiyyətdə müsbət mənada böyük rezonans doğurdu: «Sosial şəbəkələrdə hamı həmin ziyarətin əks olunduğu fotoşəkilləri paylaşır. Çünki bu ziyarət hamımız üçün xüsusi rəmzi məna daşıyır. Xüdafərin körpü-abidə kompleksi bütün azərbaycanlıların qürur yerlərindən biri sayılır. Çünki Xudafərin sadəcə körpü və ya tarixi abidə deyil. Xudafərin ilk növbədə milli-mənəvi dəyərdir, bütün azərbaycanlıları birləşdirən ruhi bağdır. Məhz buna görə də Prezidentin və birinci xanımın bu tarixi məkanı ziyarət etməsi hər kəsin rəğbətinə səbəb oldu.

Beləliklə, öz qalib ordusu ilə görüşə gedən, işğaldan azad edilmiş torpaqlarımıza salam aparan dövlət başçımız Xudafərini ziyarət etməklə və o torpaqlarda üçrəngli bayrağımızı ucaltmaqla bu səfərə möhür vurdular. Eyni zamanda tariximiz üçün yeni bir səhifə açdılar. Qədim Qarabağımızın tarixi bundan sonra zəfər və uğur səhifələri ilə zənginləşəcək.

İlqar QURBAN

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ