SON DƏQİQƏ
» » Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır

Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır

Tarix:

19-11-2020, 15:39

/ 4 768 dəfə oxundu.
Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır

Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. 44 günlük müharibə Azərbaycanın qətiyyətli mövqeyinin təqdimatı oldu. Danışıqlar masası ətrafında hansı şərt daxilində oturacağını xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində bəyan edən dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın gec-tez diz çökəcəyini, yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı. Şuşanın işğaldan azad edilməsi isə şanlı Qələbənin rəmzi oldu. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi.

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı verdiyi göstərişə uyğun olaraq layihənin icrasının gedişi ilə tanışlığı zamanı "Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib” söyləyərək bildirmişdir ki, biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır.

Bu günlərdə qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyünə qədər çıxarıb aparırlar. Üstəlik yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər - 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər. Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, qabaqcadan razılaşdırılmış müddət ayırıb, lakin erməni tərəfi işğal zamanı bunların heç birini etməyib.

Bütün bu dağıntılara baxmayaraq, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı verdiyi göstərişə uyğun olaraq layihənin icrasının gedişi ilə tanışlığı zamanı bir daha sübut etdi ki, o, xalqının yanındadır. Və son zamanlarda dəfələrlə vurğuladığı kimi Azərbaycan Qarabağa həyatı qaytaracaqdır. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə Erməni cəhdlərinə son qoyulacaqdır.

 Bəxtiyar Qasımov,

YAP Sabunçu rayon təşkilatının sədr müavini


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ