SON DƏQİQƏ
» » Ağdamın işğaldan azad olunması TARİXİ HADİSƏDİR

Ağdamın işğaldan azad olunması TARİXİ HADİSƏDİR

Tarix:

24-11-2020, 12:47

/ 4 755 dəfə oxundu.
Ağdamın işğaldan azad olunması TARİXİ HADİSƏDİR

Ağdamın işğaldan azad edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində qeyd olunmuşdur ki, Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir və bu noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.

Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Üçtərəfli Bəyanata əsasən 3 rayonumuzun qurban vermədən, siyasi yolla qaytarılması şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Ağdamda olan evlərin, mədəni və dini abidələrin talan edilməsindən, bütün infrastrukturun məhv edilməsi "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır və Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlarından istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var.

Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam üçün yeni dövr başlayır. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək.

Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Ermənistan isə uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır.İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu.

Qarabağ Azərbaycandır!

Xədicə Babayeva,

112 saylı orta məktəbin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ