SON DƏQİQƏ
» » Azərbaycan bayrağı Şuşada ucala bilər... – Ovannisyan

Azərbaycan bayrağı Şuşada ucala bilər... – Ovannisyan

Tarix:

5-11-2020, 23:00

/ 1 373 dəfə oxundu.
Azərbaycan bayrağı Şuşada ucala bilər... – Ovannisyan

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan bugünkü açıqlamasında olduqca ilginc məqama toxunub.

GunAz.az xəbər verir ki, o, hər bir Azərbaycan əsgərinin üzərində dövlət bayrağının olduğunu bildirib.

O etiraf edib ki, azərbaycanlı diversantlar Şuşada dövlət bayrağını ucalda bilərlər:

"Azərbaycan hərbçilərinin Şuşa qalasının fonunda bayraq qadıracaqlarını istisna etmirik”.

Başqa sözlə desək, Ovannisyan faktiki olaraq Şuşa uğrunda döyüşlərin məntiqi nəticəsinə öz auditoriyasını hazırlamağa çalışıb və iddia edib ki, elə foto-videolar görsəniz, inanmayın, çünki Azərbaycan əsgəri bayraq qaldırandan sonra, çəkil çəkərək, "çıxıb gedirlər”.

Deyəsən, ermənilər də Azərbaycan əsgərinin Şuşada bayraq qaldırandan sonra "çıxıb gedəcəyinə” inanmadığını nümayiş etdirib. Təsadüfü deyil ki, Ovannisyan buna görə bərk pəjpürdə olub və əhalini ona inanmamaqda ittiham edib.


скачать dle 12.1

Şərhlər