“Bədbəxt hadisə” nəticəsində erməni əsgər ölüb.
GunAz.az xəbər verir ki, bu barədə Ermənistan MN mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb.
“Bu gün Ermənistan silahlı qüvvələrinin əsgəri, 1999-cu il təvəllüdlü kiçik serjant Ararat Xeçumyan “bədbəxt hadisə” nəticəsində ölüb”, - Ovannisyan qeyd edib.
Ovannisyan hadisənin nədən ibarət olması və ölümün harada baş verməsi barədə yazmayıb.
***
Erməni əsgərin N saylı hərbi hissədə təlim zamanı öldüyü rəsmən açıqlanıb. Bildirilib ki, zirehli maşın aşıb və sürücü Xeçumyan aldığı xəsarətdən ölüb.