Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
GunAz.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"1 və 2 noyabrda Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə edilib”, - məlumatda bildirilib.