SON DƏQİQƏ
» » Azərbaycan terrora qarşı əməliyyatlar keçirib - ABŞ

Azərbaycan terrora qarşı əməliyyatlar keçirib - ABŞ

Tarix:

24-06-2020, 22:23

/ 1 353 dəfə oxundu.
Azərbaycan terrora qarşı əməliyyatlar keçirib - ABŞ

2019-cu ildə Azərbaycan hökuməti ölkə ərazisi və Cənubi Qafqaz daxilində terror cəhdlərinin qarşısını almaq, aşkar və məğlub etmək üçün fəal iş aparıb.

GunAz.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin terrorizmlə bağlı ötən il üzrə hesabatında bildirilib.

Bildirilib ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısını almaq istiqamətində əməliyyatlar keçirib, terrorda şübhəli bilinən şəxsləri və Azərbaycandan kənarda terrorçu qruplara qoşulmaq və ya onları maliyyələşdirməkdə şübhəli bilinən azərbaycanlıları həbs edərək cinayət məsuliyyətinə cəlb edib.

Sənədə əsasən, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri öz aralarında, regional və beynəlxalq tərəfdaşlarla terrorizm məsələləri üzrə informasiya mübadiləsi həyata keçiriblər.

Hesabatda Azərbaycanın 120 sülhməramlı hərbçisi ilə NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək” missiyasına töhvə verdiyi də qeyd olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ