SON DƏQİQƏ
» » Operativ Qərargaha göstəriş verildi: Karantin rejimi...

Operativ Qərargaha göstəriş verildi: Karantin rejimi...

Tarix:

14-04-2020, 23:25

/ 1 342 dəfə oxundu.
Operativ Qərargaha göstəriş verildi: Karantin rejimi...

Karantin rejimi kənd təsərrüfatı işlərinə mane olmamalıdır. Ona görə müvafiq göstərişlər verilmişdir.
GunAz.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki çıxışında deyib.
"Çünki bildiyiniz kimi, bəzi insanlar mövsümi işlərlə bağlı bir rayondan başqa rayona getməli olurlar. Ona görə indi ki, şəhərlərarası nəqliyyat dayandırıldı, bu məsələ ayrıca müzakirə edilməlidir və bütün şərait yaradılmalıdır ki, kənd təsərrüfatı sahəsində karantin rejimi bizə problem yaratmasın və insanların gediş-gəlişi təmin edilsin. Operativ Qərargaha bu məsələ ilə bağlı göstəriş verildi. Əminəm ki, bu göstəriş yerinə yetiriləcək”, - Prezident vurğulayıb.
скачать dle 12.1

Şərhlər