SON DƏQİQƏ
» » Baş nazirdən qərar - Bu yollar nazirliyin balansından çıxarıldı

Baş nazirdən qərar - Bu yollar nazirliyin balansından çıxarıldı

Tarix:

31-01-2020, 21:44

/ 943 dəfə oxundu.
Baş nazirdən qərar - Bu yollar nazirliyin balansından çıxarıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişiklik edib.  

GunAz.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.  

Qərara əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçmiş Dağlar Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodunun balansında olmuş 2,2 kilometrlik magistral yol və Qəbələ rayonu, Çuxur Qəbələ Bələdiyyəsinin balansında olan 3,8 kilometrlik avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ