SON DƏQİQƏ

İlham Əliyev: Bu, kütləvi xarakter almalıdır

Tarix:

25-12-2019, 23:08

/ 1 268 dəfə oxundu.
İlham Əliyev: Bu, kütləvi xarakter almalıdır

Bizim idman şöhrətimizi yüksəklərə qaldıran görkəmli idmançılarımıza da tövsiyə edirəm ki, onlar da bu maarifləndirmə işlərində fəal iştirak etsinlər.

GunAz.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

"Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri, klublar idmanın kütləviliyini təmin etsinlər. Bilirsiniz ki, çoxdandır mənim təşəbbüsümlə biz ictimai istirahət zonaları yaradırıq. Artıq parklar, bağlar şəhəri olan Bakı bu baxımdan dünyada qabaqcıl yerlərdədir. Baxın, son vaxtlar Bakı şəhərində nə qədər ictimai istirahət zonaları yaradılıb. Sovet vaxtından qalan bütün ənənəvi parklar ən yüksək səviyyədə yenidən quruldu. Vaxtilə dağılmış, guya fəaliyyət göstərən, əslində, ekologiyamıza ziyan vuran sənaye müəssisələrinin yerində bir çox yeni parklar salındı. Sonra mənim göstərişimlə bu ictimai parklarda açıq havada idman qurğuları quraşdırılmağa başlanmışdır. İndi “Abad həyət” proqramı icra edilir. Artıq Bakı şəhərində onlarla həyət abadlaşdırılıb. Orada idman meydançaları, o cümlədən trenajorlar quraşdırılıb. İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanlar var. Uşaqlar, böyüklər orada futbol, başqa oyunlar oynayırlar, trenajorlarda məşq edirlər. Bu, kütləvi xarakter almalıdır. O halda millətimiz sağlam olacaq", - dövlət başçısı söyləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ