SON DƏQİQƏ
» » Matviyenko Azərbaycanla birgə görülən işlərdən danışdı

Matviyenko Azərbaycanla birgə görülən işlərdən danışdı

Tarix:

23-11-2019, 21:06

/ 1 237 dəfə oxundu.
Matviyenko Azərbaycanla birgə görülən işlərdən danışdı

Son illər Azərbaycanın paytaxtı xeyli gözəlləşib və Rusiya nümayəndə heyətinin bütün üzvlərində ən parlaq təəssüratlar, çox gözəl xatirələr doğurub.

GunAz.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko X Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı bildirib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, hörmətli Mehriban Arif qızı, Sizə, bütün Azərbaycan xalqına Rusiyaya bu cür münasibətə, Sizin ənənəvi qonaqpərvərliyinizə, səmimi qəbullara görə çox təşəkkür edirik. Əlbəttə, imkandan istifadə edərək, bu çox gözəl auditoriyada Sizi, hörmətli Mehriban xanım, Rusiya Federasiyasının yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif olunmağınız münasibətilə bir daha təbrik etmək istəyirəm. Bu, Sizin ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmlənməsinə, Azərbaycanın ictimai və mənəvi həyatında rus dilinin və rus mədəniyyətinin qorunub saxlanılmasında xidmətlərinizə verilən yüksək qiymətdir.

Bu gün ölkələrimiz arasında münasibətlər əsl tərəfdaşlıq və qarşılıqlı faydalı xarakter daşıyır, mehriban qonşuluq, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Şübhəsiz ki, Rusiya və Azərbaycanın uğurlu əməkdaşlığının rəhni ölkələrimizin liderləri Vladimir Vladimiroviç Putin və İlham Heydər oğlu Əliyevin səmimi etimada əsaslanan münasibətləridir. Təkcə ötən ilin əvvəlindən prezidentlərimiz doqquz dəfə görüşüblər. Bizim münasibətlərimiz sanballı müqavilə-hüquq bazasına söykənir. Hazırda Azərbaycanla Rusiya arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il isə 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu proqram sənədi özündə 5 “yol xəritəsi”ni ehtiva edir. Onlar ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasına, nəqliyyat potensialının inkişafına, birgə müəssisələrin yaradılmasına, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsinə, həmçinin humanitar əlaqələrə istiqamətlənib. Son illər Rusiya və Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsi üzrə çox böyük iş görülüb. Biz artıq onun praktik nəticələrini görürük. Ötən ilin yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsi təxminən 14 faiz artıb və təqribən 2,5 milyard dollar olub. Rusiya idxal üzrə Azərbaycanın əsas ticarət və qeyri-xammal sektoru mallarının ixracı üzrə bir nömrəli tərəfdaşıdır. Sərmayələr üzrə əməkdaşlıq möhkəmlənir. Rusiyanın Azərbaycana birbaşa sərmayələri 1,5 milyard dollardır. Azərbaycan bazarında bizim təxminən 700 birgə müəssisəmiz fəaliyyət göstərir. Nəqliyyat sahəsində, xüsusən “Şimal-Cənub” dəhlizinin formalaşmasında intensiv qarşılıqlı fəaliyyət həyata keçirilir. Əminəm ki, o, Avrasiyanın ən mühüm nəqliyyat arteriyası olacaq, Rusiya və Azərbaycandan keçməklə Cənubi Asiyadan Avropaya yükdaşımalarını xeyli sürətləndirəcək.

İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya səmərəli fəaliyyət göstərir. Dünən bizim forum çərçivəsində geniş iclasın keçirildiyi işgüzar şuralarımız kooperasiyanın inkişafına böyük töhfə verirlər. Hesab edirəm ki, ölkələrimizin qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsi təkcə müvafiq idarələrin deyil, həm də işgüzar icmanın xidmətidir", - Matviyenko söyləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ