SON DƏQİQƏ
» » Deputat: “Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatı aparmaq haqqı var”

Deputat: “Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatı aparmaq haqqı var”

Tarix:

2-10-2019, 14:04

/ 911 dəfə oxundu.
Deputat: “Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatı aparmaq haqqı var”

"BMT işğalla bağlı öz öhdəsinə düşən vəzifələri yerinə yetirmir. Sözügedən qurum konkret olaraq BMT Nizamnaməsinin 38, 41, 42-ci maddələrinə əməl etmir. BMT həmçinin 14 dekabr 1974-cü il tarixdə qəbul edilmiş Təcavüzkarın müəyyən edilməsi barədə qətnaməsini də icra eləmir".  GunAz.az xəbər verir ki, bunu deyən millət vəkili Tahir Kərimlinin sözlərinə görə,  əgər BMT işğalla bağlı üzərinə düşən vəzifəni yerinə yetirmirsə, Nizamnamənin 51-ci maddəsinə əsasən Azərbaycan Respublikasının öz torpaqlarını hərbi yolla azad etmək ixtiyarı var: "Milli qanunvericilik və beynəlxalq hüquq bu məsələni tamamilə mümkün edir. Azərbaycan 1992-ci ildə BMT-yə daxil olanda həmin ərazilər bizim dövlət sərhədimiz olub. Odur ki, bizim tamamilə ixtiyarımız var ki, orada antiterror əməliyyatı aparaq, həmin ərazilərdə öz severenliyimizi bərpa edək".

N.SAFURA

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ