SON DƏQİQƏ
» » Rusiya Azərbaycan və İranla sammitə hazırlaşır

Rusiya Azərbaycan və İranla sammitə hazırlaşır

Tarix:

16-01-2019, 15:40

/ 10 234 dəfə oxundu.
Rusiya Azərbaycan və İranla sammitə hazırlaşır

Rəsmi Moskva İran və Azərbaycanın iştirakı ilə üçtərəfli sammitə hazırlıqla məşğuldur.

GunAz.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2018-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında səsləndirib.

Rusiyalı ali diplomat bildirib ki, bu dəfə zirvə toplantısını keçirmək baxımından Moskvanın növbəsi çatıb.

“Biz belə sammitə hazırlaşırıq, sizi əmin edirəm ki, bu, baş tutacaq”, - deyə Lavrov bildirib.

Qeyd edək ki, Lavrovun mətbuat konfransı “Rossiya 24” telekanalı ilə canlı yayımlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ