SON DƏQİQƏ
» » Lavrov və Conson mətbuat konfransında mübahisə ediblər

Lavrov və Conson mətbuat konfransında mübahisə ediblər

Tarix:

22-12-2017, 14:40

/ 736 dəfə oxundu.
Lavrov və Conson mətbuat konfransında mübahisə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla britaniyalı həmkarı Boris Conson arasında mübahisə yaranıb.
Gunaz.az APA-ya istinadən xəbər verir ki, mübahisə bu gün Moskvada  XİN başçılarının görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.
Belə ki, S. Lavrov çıxışında B. Consonun ona Rusiyanın Britaniyada keçirilən referenduma (Brexit) Moskvanın müdaxiləsi ilə bağlı əllərində heç bir sübut olmadıqlarını dediyini bildirib. B. Conson isə həmkarına etiraz edərək belə fikir işlətmədiyini söyləyib: "Mən demişəm ki, Rusiyanın "Brexit"ə uğurlu müdaxiləsi ilə bağlı sübut yoxdur. Bu, o demək deyil ki, Rusiya müdaxilə etməyib. Müdaxilə edib, lakin uğurlu olmayıb. Rusiyanın Almaniya, İtaliya, Fransa və ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsina dair çoxlu faktlar var".
S. Lavrov cavabında "müdaxilə etmişiksə, dəlil-sübut olmalıdır", - deyə bildirib. B. Conson isə "yaxşı, yaxşı" deyə yaranan söz duelinə son qoyub.   
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ