SON DƏQİQƏ

Krım tatarları müzakirə olundu-TÜRKİYƏDƏ

Tarix:

5-01-2019, 15:09

/ 10 292 dəfə oxundu.
Krım tatarları müzakirə olundu-TÜRKİYƏDƏ

Ukrayna Prezidenti Petro Poroşenko bu gün İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

GunAz.az xəbər verir ki, tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsini və Rusiya Federasiyasında həbsdə saxlanılan ukraynalıların azadlığa buraxılması məsələsini müzakirə ediblər.

Ukrayna Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Prtro Poroşenko Ukraynanın ərazi bütövlüyü və sərhədlərnin toxunulmazlığına verdiyi dəstəyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Prezidentlər Krım tatarlarının problemlərini də müzakirə ediblər.

Poroşenko və Ərdoğan ticarət-iqtisadi əməkdaşlığın inkişaf dinamikasını, investisiya əməkdaşlığını qeyd ediblər, qarşılıqlı turist axını barədə fikirlərini bildirblər.

Petro Poroşenko yanvarın 5-6-da Türkiyədə səfərdədir.

скачать dle 12.1

Şərhlər