SON DƏQİQƏ
» » Lavrov: MDBMİ Bakı filialının açılması ilə bağlı iş aparılır

Lavrov: MDBMİ Bakı filialının açılması ilə bağlı iş aparılır

Tarix:

20-12-2018, 22:56

/ 10 260 dəfə oxundu.
Lavrov: MDBMİ Bakı filialının açılması ilə bağlı iş aparılır

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Bakıda və Daşkənddə filiallarının açılması istiqamətində iş aparır. 

GunAz.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib. 

“MDBMİ xaricdə mövqelərini möhkəmləndirir. Azərbaycan və Özbəkistanla birgə MDBMİ filiallarının yaradılması ilə bağlı hazırlıq işi görür”, - deyə o vurğulayıb.

Lavrov qeyd edib ki, hazırda ali təhsil ocağının nizamnaməsinə Azərbaycan və Özbəkistanda filialların açılması üçün müvafiq dəyişikliklər edilir. O bildirib ki, bu addım MDB məkanında Rusiya humanitar mövcudluğunun genişləndirilməsinə xidmət edəcək. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ