SON DƏQİQƏ
» » Prezident İlham Əliyev Lənkəranda səfərdədir

Prezident İlham Əliyev Lənkəranda səfərdədir

Tarix:

15-10-2018, 11:36

/ 10 358 dəfə oxundu.
Prezident İlham Əliyev Lənkəranda səfərdədir

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gəliblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətimizin başçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verdi.

Bildirildi ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ