SON DƏQİQƏ
» » Meral Akşənər: "Seçimlədə qalib gəlsəm, əhaliyə 8 milyard..."

Meral Akşənər: "Seçimlədə qalib gəlsəm, əhaliyə 8 milyard..."

Tarix:

22-05-2018, 10:15

/ 10 337 dəfə oxundu.
Meral Akşənər: "Seçimlədə qalib gəlsəm, əhaliyə 8 milyard..."

Türkiyədə prezident seçkilərində namizədliyini irəli sürən "İYİ" Partiyasının lideri Meral Akşənər maraqlı açıqlaması ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, namizəd qatıldığı televiziya proqramlarından birində prezident seçiləcəyi təqdirdə 8 milyard lirə dəyərində pulu işsizlər arasında böləcək: "Seçimlərdə qalib gələcəyim təqdirdə, rəsmi dövlət maşınlarımızı satıb pulunu işsiz, imkansız ailələrə paylayacam. Türkiyədə Həmrəylik Fondu quracağıq. 4,5 milyon insan borc içindədir. İşsiz qalan vətəndaşlarımız bu borcları ödəyə bilmir. Xüsusilə yaşlılara, tələbələrə, veteran və şəhid ailələrinə dəstək olmaq məqsədilə onların borcları silinəcək".

скачать dle 12.1

Şərhlər