SON DƏQİQƏ
» » Jirinovski 6-cı dəfə prezidentliyə namizədliyini irəli sürdü

Jirinovski 6-cı dəfə prezidentliyə namizədliyini irəli sürdü

Tarix:

21-12-2017, 13:30

/ 894 dəfə oxundu.
Jirinovski 6-cı dəfə prezidentliyə namizədliyini irəli sürdü

LDPR lideri Vladimir Jirinovski Rusiyada keçiriləcək prezident seçkiləriniştirak etmək üçün namizədliyini irəli sürüb.

Gunaz.az RİA-Novosti-yə istinadən xəbər verir ki, Jirinovski seçkidə iştirak etmək üçün artıq lazımi sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bu sənədlərlə yanaşı, Jirinovski ötən seçkidən keçən 6 il müddətindəki gəlirləri və onun mənbəyini, həmçinin əmlakı və qiymətli kağızlarla bağlı bilgini MSK-ya təqdim etməlidir.

Jirinovski prezident seçkilərində rəsmi iştirak etmək üçün sənədlərini təqdim edən birinci şəxsdir.

Jirinovski bununla da Rusiyada keçirilən prezident seçkilərində namizəd kimi iştirak edəcək.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin mart ayının 18-də keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ